Orxan Sadıqlı yenidən premyer-liqa klubunda

31.07.2022 16:56 512
Premyer-liqa
Son olaraq "Xan Lənkəran"da çıxış edən Orxan Sadıqlı karyerasını "Kəpəz"də davam etdirəcək.

Football-plus.az
xəbər verir ki, 29 yaşlı qapıçı Gəncə təmsilçisi ilə müqavilə imzalayıb. Bu barədə "Xan Lənkəran"ın mətbuat xidməti məlumat yayıb.

Sadıqlı daha əvvəl "Keşlə", "Sumqayıt" və "Zirə"də də çıxış edib.