"Kəpəz”in qapıçısı Orxan Sadıqlı premyer-liqada 150-ci oyununu keçirib.
"Football-plus.az" 30 yaşlı qolkiperin yubileyi “Şamaxı” ilə matça təsadüf edib. Misli premyer-liqasının 31-ci turunun görüşü 1:1 hesabı ilə başa çatıb.
Orxan Azərbaycan çempionatları tarixinə 150 və daha çox matç keçirən 20-ci qapıçı kimi düşüb. O, bu görüşlərdə 205 top buraxıb.
Sadıqlının debütü 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində gerçəkləşib. O, “Şamaxı”, “Zirə” və “Sumqayıt”ın da formasını geyinib.