Belə ki, “Səbail”ə məxsus olan 31 yaşlı hücumçunun müqavilə müddəti bu ay bitir. Aylar əvvəl Yunanovun “sarı-göylər”dəki fəaliyyətini görüb onun orda qalacağını düşünsək də, indiki vəziyyət sual doğurur. Gəncə təmsilçisinin maliyyə problemləri seçilən futbolçuları klubdan ayrılmağa vadar edir. Hətta aparıcı oyunçuların bir neçəsi premyer-liqanın başqa klublarına keçib. Bəs Amil Yunanov “Kəpəz”də qalacaq, yoxsa gedəcək? Təcrübəli futbolçunun “Football-plus.az”a söylədikləri:
“Səbail”lə müqaviləm bitdi. Amma “Kəpəz”də də yəqin qalmayacam. Qışda elə bir danışıq olmuşdu ki, yarımillik müqavilə olacaq. Ardınca dedilər ki, komanda premyer-liqada qalsın, elə anlaşarıq. Sonra isə heç bir xəbər yoxdu. İndi də bəzi oyunçularla danışıq apardıqlarını eşidirəm. Klubla bəzi söhbətlər olmuşdu, amma əməl etmədilər. Hazırda bir-iki komanda ilə təmasdayam. Yaxınlarda bir qərar verilər”.
RÖYANƏ OĞUZ




