1-ci liqada çıxış etmək uğrunda pley-off oyunlarında "Araz Saatlı"nı məğlub edərək istəyinə çatan "Cəbrayıl" dünən baş məşqçisiz qaldı. Çünki Cavid Hüseynov Kurban Berdıyevin köməkçisi olmaq təklifini qəbul edərək "Turan Tovuz"la müqavilə bağladı.
"Football-plus.az"ın məlumatına görə, Qarabağ təmsilçisinin yeni baş məşqçisi bəllidi. Belə ki, komanda sabiq çalışdırıcı Cavid Hüseynovun köməkçisi olmuş Elhad Nəziriyə tapşırılıb.
Qeyd edək ki, mütəxəssis futbolçu karyerası ərzində "Qarabağ", "Neftçi", "Lokomotiv-Biləcəri", "Milsami" (Moldova) və "Petrolul" (Rumıniya) klublarında top qovub. O, "Cəbrayıl"dan əvvəl "Şamaxı"da da Cavid Hüseynovun köməkçisi olub.
KƏNAN BAHADIR