“Kəpəz”in sponsor problemi həllini tapır? – klub rəsmisi adı çəkilən sponsor haqda danışdı

28.06.2024 20:10 1 842
Premyer-liqa / Manşet
Sponsorsuzluqdan əziyyət çəkən, yalnız AFFA-nın ayırdığı vəsaitlə kifayətlənməli olan “Kəpəz”in bu probleminin həllini tapacağıyla bağlı məlumatlar tirajlanmaqdadı.

“Football-plus.az” xəbər verir ki, SOCAR-ın Türkiyədəki şirkətlərindən biri Gəncə təmsilçisinə sponsorluq etməyi öhdəsinə götürə bilər. Hətta adı müəyyənləşməyən şirkətin kluba 3 milyon manat ayıracağı da qeyd olunub. Görəsən, bu mövzuda xəbərlər nə dərəcədə həqiqəti əks etdirir? Sualımıza “sarı-göylər”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev belə cavab verdi:
“Sponsor məsələsi ilə bağlı heç bir yenilik yoxdu. Klub növbəti mövsümdə də son iki ildə olduğu kimi, AFFA xətti ilə gələn dövlət vəsaiti hesabına fəaliyyət göstərəcək”.


KAMAL SƏFƏR