“F-Holding”lə bağlı mediada mütəmadi yazılar dərc edilsə də, rəsmi yenilik yoxdu. Bunun fonunda Gəncə təmsilçisi aparıcı futbolçularını bir-bir yola salır. Hətta bir müddət əvvəl Adil Şükürovun da komandadakı taleyinin bu məsələdən aslı olduğu iddia edilirdi. Son yenilikləri öyrənmək üçün Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyevlə əlaqə saxladıq:
“Son danışığımızdan sonra hər hansı yenilik yoxdu. Digər sahələrdə dəstəyimizlə yanaşı, klublara sponsor cəlb olunmasında vasitəçilik missiyamız davam edir”.
“Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev bu məsələ ilə bağlı heç bir yeniliyin olmadığını bildirdi.
RÖYANƏ OĞUZ






