• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz”ə sponsor tapılmamasının əsas səbəblərindən biri də..." - Hüseynov belə izah etdi

Premyer-liqa / Manşet

26-06-2024, 20:0

Ölkə futbolunun köklü klublarından olan, dönəmində çempionluqlar, titullar sıralayan “Kəpəz” hazırda mövqeyini əldən verib.

Gəncə təmsilçisinin illərdi davam edən sponsor problem hələ də həllini tapmayıb. Bu səbəbdəndi ki, “sarı-göylər” yalnız AFFA-nın elita klublarına ayırdığı illik 3 milyon manat vəsaitlə hədəflərinə doğru irəliləyir. Başqa elita təmsilçiləri ilə müqayisədə büdcəsi az olan komanda məcburiyyətdən daha aşağı hədəflər uğrunda mübarizə aparır. Ancaq “Kəpəz” geridə qoyduğumuz mövsüm ərzində hər kəsi təəccübləndirərək, “Qəbələ” kimi akademiya və infrastruktur cəhətdən ölkənin 1 nömrəli klubunu mübarizədən kənarlaşdırmaqla elitada qalmağı bacardı. Hətta nə az, nə çox - 9 xallıq fərqlə. Görünən odu ki, minimum büdcə ilə maksimumu etdilər və qarşıya qoyulan elitada qalmaq tapşırığını layiqincə yerinə yetirdilər. Hədəfi yerinə yetirsələr də, büdcəyə əlavə maliyyənin daxil olmaması, yenə məhdudiyyətlər şəraitində fəaliyyət göstərmələri bəzi futbolçuların düşərgədən ayrılmasına gətirib çıxardı. İndi müqavilə müddəti bitmiş bir neçə oyunçuyla danışıq aparılır. Yəqin ki, yaxın günlərdə həmin futbolçuların da klubdakı gələcək taleyinə aydınlıq gələcək. Ölkənin ən böyük ikinci şəhərinin komandasına heç bir sponsor tapılmaması hər nə qədər üzücü olsa da, bir o qədər də maraq doğurur. Yəni tarixin ən qədim səhifələrindən gəlib çıxan Gəncə şəhərinin komandasına nə üçün heç kim yaxın durmaq, sponsorluq etmək istəmir? Axı ölkə futbolu tarixində bir sıra oyunçular, məşqçilər yetişdirən, böyük uğurlara imza atan, Kəpəz dağından ilhamlanan klubun belə vəziyyətdə olması heç də ürəkaçan deyil. Sponsor məsələsiylə bağlı çətinliklər haqda fikirlərini öyrənmək üçün gəncəli futbol adamı, millimizin veteran futbolçusu Yunis Hüseynovla danışdıq:

“Bilindiyi kimi, Gəncədə doğulub-böyüdüyümə və futbolda ilk addımlarımı burda atdığıma görə “Kəpəz” mənə doğmadı. Bu üzdən, əlbəttə, istəyərdim ki, “Kəpəz” də digər komandalar kimi avrokuboklara vəsiqə və ya çempionatda yüksək yerlər uğrunda mübarizə aparsın. Təəssüf ki, komandanın hədəfi yalnız premyer-liqada qalmaq olur. “Kəpəz”in sponsorsuzluğu mövzusuna gəlincə, doğrudu, hər klubun sponsoru var. Ancaq dövlət tərəfindən ayrılan 3 milyon manat da az pul deyil. Düzdü, həmin məbləğin 1 milyonu uşaq futboluna gedir, lakin fikrimcə, 2 milyon manat da az məbləğ deyil. Təbii, işin içində olmadığımdan dəqiq deyə bilmərəm ki, orda kluba və futbolçulara nə qədər vəsait xərclənir. Ancaq “Kəpəz”in heyətinə baxanda qiymətləri yüksək olan oyunçular yoxdu. Düşünürəm ki, həmin maliyyə əsasında da komanda saxlamaq mümkündü. Sözsüz, yüksək yerlər uğrunda mübarizə apardıqda məbləğ artır, istər-istəməz əlavə vəsait, yəni sponsor lazım olur. Hesab edirəm ki, Gəncə təmsilçisinə sponsor tapılmamasının əsas səbəblərindən biri də vaxtilə klub ətrafında söz-söhbətin həddən artıq çox olmasıdı. Bilindiyi kimi, iki ildi yerli media “Kəpəz” haqda danışır. Ona görə də sponsorların çəkindiyini və kluba yaxın durmaq istəmədiyini düşünürəm. Bu, mənim şəxsi fikrimdi. Mən həm də Futbolun İnkişaf Fondunun üzvüyəm, fondun icraçı direktoru Tural Piriyevlə əlimizdən gələni edir, çalışırıq ki, Gəncə təmsilçisinə sponsor tapaq. Bəzi sponsorlar var, Tural müəllim hələ də onlarla danışıq aparır. Ümid edirəm ki, inşallah, “Kəpəz”ə də sponsor tapılar”.


Yeri gəlmişkən, bir müddət öncə “sarı-göylər”in “F-Holdinq” şirkətiylə sponsorluq müqaviləsi imzalayacağı barədə xəbərlər tirajlanmaqdaydı. Uzun müddət davam edən danışıqların heç bir nəticəsi yoxdu. Deyilənə görə, “F-Holdinq” klubda yalnız öz sözünün keçəcəyi halda sponsorluq edəcəyini bildirdiyindən, “sarı-göylər”in rəhbərliyi bu şərtlə razılaşmayıb. Hər halda, bu mövzuda yenilik olub-olmadığını öyrənmək üçün FİF-in icraçı direktoru Tural Piriyevlə əlaqə saxladıq:
“Danışıqlar bitməyib, amma müsbət bir nəticə də hələlik yoxdu”.


“Kəpəz”lə bağlı daha bir maraqlı xəbər var. İddia olunur ki, gəncəlilər çətin günlərdən qurtulmağa yaxındı. Deyilənə görə SOCAR rəhbərliyi səviyyəsində kluba əlavə sponsorun cəlb olunması yönündə ciddi işlər görülməkdədi. Yəni SOCAR-ın tabeliyində olan şirkətlərdən biri “sarı-göylər”ə maliyyə dəstəyi göstərə bilər və yuxarı səviyyədə bununla bağlı göstəriliş verilib ki, ən qısa zamanda yeni sponsorun adı açıqlansın. Hətta bu ayın sonuna qədər “Kəpəz”ə pul ayıracaq şirkətin adına aydınlıq gələcəyi bildirilir. Buna səbəb kimi isə AFFA rəhbərliyinin stadionu 2025-ci ildə hazır olacaq klubun maliyyə dayağının yaxşı olmasını və komandanın 2025/26 mövsümündə də premyer-liqada iştirak etmək istədiyi deyilir. Əks təqdirdə əlavə vəsait ayrılmasa, elitada qalmaq hədəfinə çatmaq çətin olacaq. Dövlət başçısı İlham Əliyevin göstərişi ilə yenidən qurulan Gəncə şəhər stadionu isə boş qalacaq. Görəsən, bu xəbər nə dərəcədə reallığı əks etdirir? Çünki, bundan daha öncə klubun “F-Holdinq”lə anlaşdığı deyilsə də, Tural Piriyevin də dediyi kimi heç bir nəticə yoxdu. Gəncə təmsilçisinin premyer-liqada qalmasında önəmli pay sahiblərindən olan baş məşqçi Adil Şükürovun fikirləri:
“Bu barədə ancaq mətbuatda yazılır. Klubda bu barədə heç bir canlanma görünmür. Biz “Kəpəz” olaraq, hazırda AFFA-nın ayıracağı büdcəyə uyğun komanda qurmağa çalışırıq. “F-Holdinq” haqda da yazılar tirajlandı, amma nəticə göz qabağındadı. Nəyin necə olacağını gələcək göstərəcək”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

7-11-2023, 14:0

“Unutmayaq ki, ötən mövsüm də "Kəpəz"in AFFA-nın ayırdığı puldan əlavə maliyyə gücü yox idi” – Yunis Hüseynov niyə belə dedi?

Premyer-liqa / Manşet

4-06-2024, 11:0

“Bəli, bu siyahıda “F-holdinq” də var” – FİF “Kəpəz”lə razılığa gəldi

Premyer-liqa / Manşet

2-03-2023, 18:0

"Kəpəz"lə bağlı Gəncədə vacib tədbir keçiriləcək

Premyer-liqa / Manşet

12-03-2023, 12:0

FİF-in elitanı tərk edəcək klubla bağlı planı - AÇIQLAMA

Premyer-liqa / Manşet

23-04-2023, 11:0

“Kəpəz”in Şuaybu ilə bağlı planı

Premyer-liqa / Manşet

24-05-2024, 23:0

“Kəpəz”in sponsoru olmasa... - KÖŞƏ

Aktual
“Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
“Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
Son xəbərlər
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 236
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə