Cari mövsümün kəşflərindən biri də heç şübhəsiz “Kəpəz”in forvardı Abdullahi Şuaybudu.
“Sarı-göylər” mövsümün əvvəlindən turnir cədvəlinin aşağı pillələrində var-gəl etsə də, nigreyalı hücumçu özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Premyer-liqada 29, ölkə kubokunda 2 matça çıxan 21 yaşlı futbolçu 10 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Məhz bu göstəricilərə görə də Şuaybunun “elçi”lərinin sayı artıb. “Football-plus.az”a daxil bilgiyə əsasən elitanın bir neçə klubu Gəncə təmsilçisinin futbolçusunu “rənglərinə bağlamaq” istəyir.
Ancaq “sarı-göylər”in rəhbərliyi nigeriyalını vidalaşmaq fikrindən uzaqdı. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “Kəpəz” elitada yerini qoruyacağı təqdirdə, ötən yay “1+1” şərti ilə anlaşan futbolçuya yeni müqavilə təklif olunacaq. Ancaq bu dəfə futbolçunun maaşı indikindən bir neçə dəfə artıq olacaq.
RƏŞAD