• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz”in sponsoru olmasa... - KÖŞƏ

Premyer-liqa / Manşet

24-05-2024, 23:0

Gəncənin Azərbaycan futbolunun coğrafiyasında əhəmiyyətli yer tutmasına şübhə etməyə dəyməz.

Sovetlər dönəmində bu şəhəri təmsil edən “Dinamo”nun SSRİ çempionatının güclülər dəstəsinə çıxması yetərincə ciddi məqamdı. Elə Azərbaycan yığma komandası səviyyəsində qəbul edilən “Neftçi”də də zaman-zaman xeyli gəncəli futbolçu forma geyib. Müstəqillik dönəmində də “Kəpəz” Azərbaycan çempionatında uzun müddət dominantlıq edib. Mehman Allahverdiyevin çalışdırdığı, həm də faktiki rəhbəri olduğu “Kəpəz”in ardıcıl çempionluqlar qazanması, ölkəmizi avrokuboklarda təmsil edən ilk klublardan olması da yaxın keçmişin vacib məqamlarındandı. Elə həmin vaxtlarda yeni-yeni yaranmağa başlayan milli komandamızda da gəncəli futbolçuların sayı xeyli çox olub. Bu da təsadüf sayılmayıb.

İndi dövran dəyişib. Səbəb də futbolda maliyyənin ciddi rol oynamağa başlamasıdı. Artıq romantizmə yer qalmayıb, kimin daha çox pulu varsa, o da şərtləri diqtə edir. Sponsoru olmayan komandanın ayaqda qalması çətinləşib. Bir müddət əvvəl üzdə olan gəncəli futbolçular paytaxta, yaxud da qonşu Şəmkirə axın edib, fərqli klubların heyətində titullar qazandılar. Bu axın həm də “Kəpəz”in zəifləməsini, eləcə də Gəncədə futbolun arxa plana keçməsini şərtləndirdi. Pul olmayandan sonra nə əzəmətli “Kəpəz” qaldı, nə də klubun uşaq komandaları. Yavaş-yavaş şəhərdəki futbol məktəbləri də sıradan bir dərnək səviyyəsinə endilər ki, bunun da nəticəsində yeni futbolçu nəsli yetişmədi, istedadlar itib-batmağa başladı. Heç də təsadüfi deyil ki, “Kəpəz” uzun müddət ölkə çempionatının elitasında görünmədi, heç Gəncədən hansısa yüksək səviyyəli futbolçunun çıxdığını da görmədik.

Son illərdə qəribə tendensiyaya şahidlik etməkdəyik. AFFA Gəncə futbolunu yedəyinə alıb, yaşatmağa çalışdı. Bəli, məhz yaşatmağa. Görüntü xatirinə ki, “Gəncədə futbol yoxdu, “Kəpəz”in oynamadığı çempionatın yaraşığı olmaz” tipli söz-söhbət də kəsilsin. Məqsəd Gəncə futbolunu dirçəltmək deyildi. Hətta bir gün məlum oldu ki, AFFA-nın büdcəsindən “Kəpəz”ə ayırdığı pulları elə AFFA-nın öz əməkdaşları öz ciblərinə doldururmuşlar. Bütün yeyinti prosesindən həmin vaxt AFFA-nın baş katibi kimi qılıncının dalı-qabağı kəsən Elxan Məmmədovun xəbərsiz olması da inandırıcı deyildi. Bunu klubun xanım müsahibi də açıq dillə etiraf etmişdi. Sonradan onun da səsi boğuldu, məsələnin üstü ört-basdır edildi. Olan da “Kəpəz”ə oldu. Gəncəlilərin sevimlisi yeni-yeni özünə gəlməyə başlamışdı ki, baş verən maliyyə qalmaqalı “Kəpəz”i sarsıtdı, çox keçmədən komanda elitanı tərk etdi.

Premyer-liqada klub sayının artırılması sayəsində “Kəpəz” son iki mövsümdə elitaya qaytarılıb. Bəli, az əvvəl qeyd etdiyim kimi, məhz yenə də görüntü xatirinə. Əvvəlki əzəmətdən, Azərbaycanın ən uca zirvələrindən birinin adını daşımasıyla öyünən “Kəpəz”dən əsar-əlamət yoxdu. Gəncəli futbolçular keçmiş uğurları xatırlayır, ötən illərin nostalgiyasıyla təskinlik tapır. Hə, bu il həmin o təskinliyin sırasına yeni bir məqam əlavə olunub. Adil Şükürovun gəlişiylə müəyyən mənada dirçələn “sarı-göylər” “Qəbələ” ilə yarışdan üzüağ çıxdı, elitadakı yerini qorudu. Hətta “Araz-Naxçıvan”ın mövsümün sonuna doğru “ağ bayraq qaldırıb”, çempionatı yola verməyə başlaması sayəsində “Kəpəz” 8-ci pilləyə də yüksəlib. Bu məqam da “Kəpəz”ə könül verən gəncəli azarkeşlər üçün zəif təsəlli sayıla bilər.

Amma bu sevincli günlərin nə qədər davam edəcəyi dəqiq deyil. Çünki “Kəpəz”in hələ də sponsoru yoxdu. O boyda şəhərin komandasına yaxın durmaq istəyən səxavətli sponsor tapılmır. Belədə “Kəpəz” də dövlətin AFFA vasitəsiylə klublara ayırdığı maliyyənin hesabına ayaqda qala bilir. Həmin pul da bəzən gecikir ki, nəticədə klubda maliyyə problemləri başlayır. Həm də məhdud büdcəylə nə qədər böyük işlər görmək olar? Uzağı premyer-liqadakı yerini qorumaq uğrunda oynaya bilərsən. O mübarizədə də işlərin heç də həmişə qaydasında olmayacaq. “Kəpəz” maliyyə problemlərini həll edə bilməsə, hazırda heyətdə olan futbolçuları da komandada saxlamaq çətin görünür. Xüsusən də əcnəbilər pis-yaxşı özlərini göstərməyi bacarıblar. Deməli, başqa klublar müəyyən mənada artıq maaş təklif etməklə “Kəpəz”in futbolçularını “oğurlamağa” başlayacaq. İllərdi “Qəbələ” bundan əziyyət çəkirdi. Nəticədə bir vaxtlar Avropada tarix yazan “qırmızı-qaralar” elitadakı yerini itirdi. “Kəpəz” üçün də bu təhlükə realdı. Sponsor tapımasa, çox çətin olacaq.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

23-06-2022, 15:0

Tanınmış mütəxəssis yenidən "Kəpəz"də - RƏSMİ

Premyer-liqa / Manşet

12-03-2023, 15:0

Ümid edirəm ki, yaxın vaxtlarda “Kəpəz”in yeni sponsorla anlaşdığı xəbərini eşidəcəyik - AÇIQLAMA

Premyer-liqa

30-06-2022, 23:0

“Kəpəz” fanatı Mehman Allahverdiyevin dönüşünün heç nəyi dəyişməyəcəyini düşünür - AÇIQLAMA

Aktual
“O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
Son xəbərlər
  • Bu gün, 01:54
    "Səbail" sabiq futbolçusunu qaytardı - RƏSMİ
  • Bu gün, 01:24
    Sadiq Məmmədov "gümüş" qazandı - AÇ
  • Bu gün, 00:58
    Topu özü ilə apardı
  • Bu gün, 00:27
    "Neftçi"dən rekord: 7837 məhsul satıldı!
  • Bu gün, 00:02
    “Real”ı tərk etdi
  • Dünən, 23:32
    Sentyabrın 1-də 2-ci, 3-də 1-ci liqada yeni mövsüm başlayacaq
  • Dünən, 23:15
    "Zirə" Türkiyə klubuna məğlub oldu
  • Dünən, 22:59
    Holann Norveçi 1/8 finala çıxardı - DÇ gecəsi
  • Dünən, 22:52
    “O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
  • Dünən, 22:10
    Futbolçu suda boğuldu
  • Dünən, 21:43
    “Sürəti o qədər yaxşıdı ki, əyləc tutmasa, tribunaya qədər gedəcək” – “Qarabağ”ın yeni futbolçusuna bax!
  • Dünən, 21:04
    Son 72 ildə bunu bacaran olmamışdı
  • Dünən, 20:15
    DÇ matçının ən yaxşı oyunçusu oldu
  • Dünən, 19:32
    Fransa yığması başsız qaldı
  • Dünən, 18:54
    Madriddən Londona üz tutacaq
  • Dünən, 18:23
    Üç aylıq işsizliyə son qoydu
  • Dünən, 17:57
    Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
  • Dünən, 17:48
    Noqeyra "Sabah"dan getdi
  • Dünən, 17:13
    Baş məşqçi kimi ilk təyinatını aldı
  • Dünən, 16:36
    İspaniya klubunda yeni təyinat
  • Dünən, 16:04
    Millilərdə məşqçi dəyişiklikləri oldu
  • Dünən, 15:40
    "Qəbələ" konqolu futbolçu transfer etdi
  • Dünən, 15:10
    Portuqaliyalı futbolçulardan təqdirəlayiq addım
  • Dünən, 14:49
    Kanada, Braziliya, Paraqvay, Mərakeş... – bu gün Norveçlə Fransanın da taleyi bilinəcək - DÇ günü
  • Dünən, 14:44
    Kaşkilyanın da Allahı var!
  • Dünən, 14:29
    Şirvanın iki futbol klubu birləşdi
  • Dünən, 14:09
    Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
  • Dünən, 13:56
    68 ildən sonra ən məhsuldar çıxış
  • Dünən, 13:28
    Afrika rekordu yeniləndi
  • Dünən, 12:46
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 12:15
    "Zirə" Türkiyə klubuna qarşı
  • Dünən, 12:00
    Dünya çempionatında yeni rekord
  • Dünən, 11:32
    Vüsal İsgəndərli Kosova klubunda
  • Dünən, 11:09
    UFC Fight Night Bakıda: 72 ölkə, 11 min azarkeş və tarixi gecə
  • Dünən, 11:03
    Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
Daha çox
Oxunub: 449
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 233
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 199
Varqas nağılı başa çatır! – belə şey olar?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə