"Beşiktaş" Türkiyə superliqasının 2024/25 mövsümü üçün komanda formalaşdırmağa davam edir.
"Football-plus.az" xəbər verir ki, bu məqsədlə Amerika Kubokunu izləməyə yollanan klubun İdarə Heyətinin müşaviri Brad Fridelin "radar"ına yeni futbolçu düşüb. Söhbət "Vilyarreal"da çıxış edən Yohan Moxikadan gedir. Klub rəsmisi tezliklə 31 yaşlı sol cinah müdafiəçisiylə görüşəcək.
Qeyd edək ki, ötən mövsümü "Osasuna"da keçirən oyunçu 34 matçda meydana çıxıb, 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırda Kolumbiya millisinin heyətində Amerika Kubokunda mübarizə aparır.
Təcrübəli müdafiəçinin "Vilyarreal"la 2026-cı ilin yayına qədər müqaviləsi var.
KƏNAN BAHADIR