Mövsümü erkən başa vurdu

24.05.2023 13:30 260
Dünya futbolu
Alvaro Morata zədələnib. “Atletiko”nun 30 yaşlı hücumçusu “Osasuna” ilə matçda (3:0) sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, Morata son 3 turda meydana çıxa bilməyəcək. Hücumçu “Espanyol”, “Real Sosyedad” və “Vilyarreal”a qarşı oynamayacaq.

Alvaro bu mövsüm komandasının La Liqada keçirdiyi 35 oyunun hamısında meydana çıxıb, 13 qol vurub və 2 məhsuldar ötürmə edib.