"Tottenhem" futbolçusu Covani Lo Selsonu yenidən icarəyə verib.
"Football-plus.az" xəbər verir ki, argentinalı yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirəcək. 26 yaşlı futbolçu "Vilyarreal"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentina millisinin üzvü 2022/2023 mövsümünü icarə əsasında İspaniya klubunda keçirəcək.
Qeyd edək Covani Lo Selso son mövsümün ikinci yarısında da "Vilyarreal"da icarədə olub. O, komandanın heyətində 22 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.