"Kəpəz" növbəti mövsüm ev oyunlarını harda keçirəcək? - RƏSMİ AÇIQLAMA

24.06.2024 12:19 703
Ölkə futbolu / Manşet
"Kəpəz" maliyyə problemləri içində üzür. Heyətin gücləndirilməsi istiqamətində işlərin yubanması azmış kimi, ev oyunlarının hansı stadionda keçiriləcəyi də bəlli deyil.

"Football-plus.az" xəbər verir ki, məsələylə bağlı müxtəlif iddialar var. Bəzi mənbələr matçların Tovuz şəhər stadionunda keçiriləcəyini yazırsa, "sarı-göylər"in Bakıdakı idman qurğularına üz tutduğunu iddia edənlər də var.

Mövzuyla bağlı konkret bilgi əldə etmək məqsədilə "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Onun söylədikləri:

"Premyer-liqanı tərk etməyəcəyimiz dəqiqləşəndən sonra bu barədə müzakirələr aparılıb. Lakin hələ yekun qərar yoxdu. Komanda bu gün məşqlərə başlayır. Çox güman, tezliklə rəhbərlik və baş məşqçi arasında məsələylə bağlı danışıq olacaq".

Qeyd edək ki, bölgə təmsilçisi ötən mövsüm Gəncə şəhər stadionunun inşası üzündən ev oyunlarını Tovuz və Qəbələ şəhər stadionları, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunda keçirməli olub.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul