İlk “El Klasiko” nə vaxt keçiriləcək?

16.09.2023 23:16 255
Dünya futbolu
“Barselona” və “Real” arasında bu mösüm keçiriləcək ilk rəsmi matçın vaxtı məlum olub.

"Football-plus.az" xəbər verir ki, ilk “El Klasiko” oktyabrın 28-də Barselonada olacaq. La Liqa çərçivəsində oynanılacaq matçın startı Bakı vaxtı ilə saat 19:15-ə təyin edilib.

Xatırladaq ki, “Barselona” “El Klasiko”larda qələbə sayına görə “Real”ı qabaqlayır. Kataloniya klubu 102, Madrid təmsilçisi isə 101 dəfə qalib gəlib.