Atası Arda Gülərin qəhrəmanlığı haqda nə dedi?

20.06.2024 20:50 331
Türkiyənin Gürcüstan üzərindəki qələbəsinin baş memarı Arda Gülər gündəmi zəbt etməkdə davam edir.
“Football-plus.az” xəbər verir ki, o vurduğu mükəmməl qolla nəinki Türkiyə, hətta Avropa mətbuatını da özü haqda danışmağa vadar etdi. Eyni zamanda AÇ tarixində debüt oyununda qol vuran ən gənc futbolçuya çevrilərək Kriştiano Ronaldonun rekordunu yenilədi. Bəs görəsən Türkiyənin qüruruna çevrilən gənc ulduzun atası hansı hissləri yaşayır. Təvazökarlığı ilə diqqət çəkən və nəzərə inandıqlarını deyən Ümit Gülər Türkiyə mətbuatına bunları deyib:
''Oğlumun Gürcüstana vurduğu qol hər kəs kimi bizi də çox sevindirdi və qürurlandırdı. Bizim üçün ikiqat sevinc oldu. Həm Arda qol vurdu, həm də Türkiyə qalib gəldi. Amma biz nəzərə inanan insanlarıq. Ona görə də çalışırıq ki, sevincimizi içimizdə yaşayaq. Biz bunun daha doğru olacağını düşünürük''.


ƏLİ