Vüqar Əsgərli premyer-liqa klubunda çalışa bilər - ÖZÜ AÇIQLADI

3.01.2024 18:29 759
Ölkə futbolu / Manşet
1-ci liqanın 9-cu turunda evdə “Karvan”a 2:4 hesablı məğlubiyyətdən sonra Vüqar Əsgərlinin “Şamaxı”nın baş məşqçi postundan istefa verdiyi hamıya məlumdu.

Bəs çalışdırıcı hazırda nə işlə məşğuldu? Ona hansısa təkliflər varmı?

Bu suallarla mütəxəssisə müraciət etdik. O, “football-plus.az”a həm premyer-liqa, həm də 1-ci liqa klublarından təklif aldığını söylədi:

"Hazırda istirahət edirəm. Bir neçə həftə sonra məşqçi karyeramın gələcəyi haqda qərar verəcəm. İndiyə qədər 3 təklif almışam. Bunlardan 1-i premyer-liqa, 2-si isə 1-ci liqa klublarındandı. Premyer-liqa klubu məni köməkçi məşqçi kimi, 1-ci liqa klubları isə baş məşqçi kimi görmək istəyir . İnşallah, uyğun təklifi dəyərləndirəcəm"

Vüqar Əsgərli təklif aldığı klubların adını açıqlamaq istəməsə də, bununla bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, 1-ci liqanın aşağı pillələrində qərarlaşan “Araz Saatlı” və “Mingəçevir” təcrübəli mütəxəssisə müraciət edib və onun xidmətindən yararlanmaq istəyir.

MİRKAMAL KAZIMZADƏ