“Bilet alın, Konoru oktaqonda sonuncu dəfə görəcəksiz”

13.05.2024 15:10 137
İdman
Qaydasız döyüş dünyasında idmançıların bir-birinin ünvanına təhdid yağdırması adi haldı.

Yüngül çəkidə UFC reytinqinin 7-ci pilləsində qərarlaşan Maykl Çendler “New York Post”a açıqlamasında eyni üsluba sadiq qalıb. O, belə hesab edir ki, iki çəki dərəcəsində sabiq çempion Konor Makqreqor bir daha oktaqonda görünməyəcək:

“UFC 303 turnirinə baxmaq imkanını qaçırmayın. Ona görə ki, bəlkə də Konoru oktaqonda sonuncu dəfə görəcəksiz. İyunun 29-da onun başına gətirəcəyim hadisədən sonra bir daha döyüşə çıxmayacağına əminəm”.

Xatırladaq ki, UFC 303 turnirinin əsas simaları məhz Makqreqorla Çendler olacaq. Yarımorta çəkidə döyüş iyunun 29-da Amerikada keçiriləcək.