Konor coşdu: “Səbrim daşmaq üzrədi”

27.12.2023 20:49 192
İdman
İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor (22-6) bildirib ki, Dana Uaytın rəhbərlik etdiyi liqa ona döyüş vermir:

“UFC heç nə demir. Mənə kimisə verin. Apreldə oktaqona qayıtmalıyam. Əslində dekabrda qayıtmalıydım. Qalan bütün döyüşçülər qədər döyüşüm satılır. Tarixdə heç kimlə mənlə indi davrandıqları kimi davranmayıblar. Lənət şeytana, onlar mənim üçün qapı açmalıdılar. Gözləyirəm. Səbrim daşmaz üzrədi”.


Makqreqor və Maykl Çendler (23-8) “The Ultimate Fighter 31”də məşqçi olub. Adı çəkilən döyüşçülər apreldə keçiriləcək UFC 300 şousunda üz-üzə gələ bilər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul