İngiltərə çempionu ilə yenidən anlaşdı

9.06.2024 18:00 313
Dünya futbolu
Ştefan Orteqa “Mançester Siti” ilə yeni müqavilə imzalayıb.

“Football-plus.az” xəbər verir ki, İngiltərə klubunun rəsmi saytının məlumatına görə, 31 yaşlı qolkiperlə sözləşmənin müddəti 2026-cı ilin yayınadək uzadılıb. Xatırladaq ki, almaniyalı futbolçu İngiltərə çempionuna 2022-ci ilin yayında keçib.

Orteqa ötən mövsüm bütün turnirlərdə 20 matçda iştirak edib və 8 oyunda qapısını toxunulmaz saxlayıb.