Ronaldinyo Braziliya millisini tənqid etdi

16.06.2024 16:30 345
Aktual
Braziliya millisinin sabiq üzvü, əfsanəvi futbolçu Ronaldinyo yığmanın hazırki vəziyyətindən heyifslənib.

“Football-plus.az” xəbər verir ki, o, millini tənqid edib:

"Budu, dostlar!. Braziliya futbolunu sevənlər üçün bu, kədərli bir andı. Oyunları izləmək üçün ruh tapmaq çətinləşir. Bu, bəlkə də, son illərin ən pis komandalarından biridi. Hörmətli liderlər, mən uşaqlıqdan bəri futbolu izləyirəm. Mən bu qədər pis bir vəziyyət görməmişdim. Əzmsizlik...Bu, çox utancvericidi. Braziliya millisinin Amerika kubokundakı heç bir oyunu izləməyəcəyəm və qələbələri qeyd etməyəcəyəm".

2024-cü ildə ABŞ-da keçiriləcək Amerika Kubokunda Braziliya D qrupunda Kolumbiya, Paraqvay və Kosta-Rika ilə mübarizə aparacaq. Əvvəlki turnirdə komanda həlledici görüşdə Argentina millisinə uduzmuşdular.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul