“Milan” aparıcı oyunçularını qorumaq siyasətini davam etdirir. Komandanın daha bir üzvü ilə müqavilənin yenilənməsi nəzərdə tutulub.
Olivye Jirunun qırmızı-qara formanı daha bir il daşımaq imkanı var. İtaliya klubu 36 yaşlı fransalı hücumçu ilə müqavilənin müddətini 2024-cü ilin yayınadək artırmağı planlaşdırır. Jiru ilə danışıqların dünya çempionatından sonra başlayacağı xəbər verilir.
Olivyenin “Milan”la mövcud müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdi. Dünya çempionu İtaliya klubuna 2021-ci ildə “Çelsi”dan keçib. O, bu mövsüm A seriyasında 13 oyun keçirib və 5 qol vurub.