“Milan” Antonio Mirante ilə müqaviləni yeniləyib.
"Football-plus.az" xəbər verir ki, 39 yaşlı qapıçının sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Mirante “Milan”da 2021-ci ilin oktyabrından çıxış edir. O, ötən mövsüm komandanın heyətində yalnız 1 dəqiqə meydanda olub. İtaliyalı qolkiper A seriyasının son turunun “Verona” ilə matçının son dəqiqəsində meydana daxil olub.