"Milan" aparıcı oyunçularından Sandro Tonalini sıralarında saxlaya bilməyib.
"Football-plus.az" xəbər verir ki, italiyalı yarımmüdafiəçi İngiltərəyə üz tutacaq.
Son xəbərlərdə onun "Nyukasl”a satıldığı bildirilir. İnsayder Fabritsio Romano klubların keçidlə bağlı razılığa gəldiyini, İngiltərə klubunun futbolçuya görə 70 milyon avro ödəyəcəyini xəbər verib. Sandronun «Nyukasl”la 6 illik müqavilə bağlayacağı da məlum olub.
O, "Milan”da 2020-ci ildən çıxış edir. İtaliya yığmasının da formasını geyən Tonali bu komandanın heyətində A seriyasının 95 oyununda iştirak edib və 7 qol vurub.