Paytaxt klubunda yeni müqavilə

16.06.2024 13:00 298
Dünya futbolu
Aksel Vitsel “Atletiko”dakı çıxışını davam etdirəcək.
“Football-plus.az” xəbər verir ki, Yarımmüdafiəçi ilə müqavilənin müddəti uzadılıb.

Bu barədə klubun saytı məlumat yayıb. 35 yaşlı futbolçu ilə 1 illik yeni müqavilənin imzalandığı bildirilib. Vitsel 2022-ci ilin yayından paytaxt komandasında oynayır. O, ötən müddət ərzində 94 matça çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.