Madrid klubunda qalmaq istəyir

21.11.2023 23:36 195
Dünya futbolu
Aksel Vitsel çıxışını hazırkı komandasında davam etdirmək istəyir.

“Football-plus.az” xəbər verir ki, onun xidmətində Səudiyyə Ərəbistanı klubları maraqlıdı. Lakin belçikalı yarımmüdafiəçi ərəblərin cəlbedici təkliflərinə məhəl qoymur. Tanınmış insayder Nikolo Skiranın verdiyi məlumata görə, 34 yaşlı Aksel “Atletiko” ilə müqaviləsini yeniləmək niyyətindədi. Bu da var ki, yaş amili onun istəyinə çatmasına mane ola bilər.
Vitsel bu mövsüm La Liqada meydana çıxdığı 11 oyunda 1 qol vurub.