Mikels “Sabah”a dönür?

15.06.2024 19:27 465
Ölkə futbolu / Manşet
"Sabah"ın sabiq futbolçusu Coy-Lens Mikelsin Səudiyyə Ərəbistanının "Əl-Faysali" klubu ilə müqavilə müddəti başa çatır.

Onun paytaxt klubuna azad agent kimi qayıdacağı bildirilir. Bəs bu nə dərəcədə doğrudu? Həqiqətən də almaniyalı hücumçu klubun və baş məşqçinin maraq dairəsindədi? Krunoslav Renduliç futbolçunun oyunundan xəbərdardımı? Bu suallarla "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidliyə müraciət etdik: 

"Hazırda transfer çalışmalarımız davam edir. Lakin hələ ki heç bir oyunçu ilə anlaşma əldə olunmayıb. İstənilən transferlə bağlı məsələlərə qarşıdakı günlərdə aydınlıq gələcək. Rəsmi anlaşma olan kimi bu barədə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, 2021-23-cü illərdə "Sabah"da çıxış edən Mikelsin satışından klub 500 min manat qazanıb.

GÜNAY SÜLEYMANOVA