Konkret futbolçuya görə "Sabah"ın hesabına pul ödənilib-ödənilmədiyi maraq doğurur. Ödənilibsə, “Sabah” bu ayrılığı niyə açıqlamır, Mikels xidmətlərinə görə bir “xeyir-dua”nı haqq etmirmi? "Football-plus.az" bu sualları aydınlaşdırmaq üçün klubun sözçüsü Elnur Həmidova müraciət etdi:
"Mikelsə görə artıq yeni klubu hesabımıza ödəniş edib. Almaniyalı artıq bizim futbolçu deyil. Sadəcə, bəzi xırda detallar qalıb, onlar da yoluna qoyulsun, futbolçunun gedişini rəsmən açıqlayacağıq".
ABDULLA İSMAYILOĞLU





