• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AÇ-2024: Ukrayna və Avstriyadan qələbə - YENİLƏNİB

Dünya futbolu / Manşet

22-06-2024, 01:0

Avropa çempionatı davam edir.

Sizi iyunun 22-ə qədər keçiriləcək oyunların afişası ilə tanış edirik.

16 iyun
C qrupu
Sloveniya – Danimarka 1:1
Erik Yanja, 77 - Kristian Eriksen, 17

Hakim: Sandro Şerer (İsveçrə)
Cəzalı: yoxdu
Stadion: MHP Arena (Ştutqart)
Əvvəlki oyunlarının balansı: +0=1-5

Serbiya – İngiltərə 0:1
Cud Bellingem, 13
Hakim: Daniele Orsato (İtaliya)
Cəzalı: yoxdu
Stadion: Veltins Arena (Helzenkirhen)
Əvvəlki oyunlarının balansı: +4=5-6

Sloveniya bu qrupun ilk oyununda tarixi boyunca heç vaxt məğlub edə bilmədiyi Danimarkanı yenməyə çalışacaq. Komandalar bu turnirin seçmə mərhələsində də eyni qrupa düşmüşdülər. Həmin vaxt Lüblyanada 1:1-lik bərabərlik qeydə alınmışdısa, Kopenhagendə meydan sahibləri 2:1 üstün olmuşdular. Kopenhagendəki həmin məğlubiyyət Sloveniyanın son 12 qarşılaşmadakı yeganə uğursuzluğudu. Sloveniya tarixində cəmi 2-ci dəfə AÇ-nin final mərhələsinə vəsiqə qazanıbsa, Danimarka bu turnirin qalibi (1992) olması ilə öyünə bilər.

Həm bukmekerlər, həm də bir çox futbolsevərlər tərəfindən turnirin bir nömrəli favoriti sayılan İngiltərə qrupa heç də zəif olmayan Serbiyaya qarşı oyunla start verəcək. Hər iki komandanın çılğın fanatlara malik olması üzündən UEFA bu matç üçün təhlükəsizliyi gücləndirmək qərarına gəlib. Oyunda 1000-dən çox polis olacaq. Aleksander-Arnold üçün yeni mövqe tapan və onu yarımmüdafiənin mərkəzində sınayan Sautqeytin bu dəfə də “Liverpul”un ulduzunu həmin mövqedə oynadacağı gözlənilir. Bu komandalar son 21 ildə ilk dəfə qarşılaşacaq. Onlar sonuncu dəfə 2003-də Lesterdə yoxlama oyununda qarşılaşıblar. Həmin vaxt ingilislər 2:1 üstün olmuşdular. Ümumiyyətlə, “üç şir” Yuqoslaviya dönəmi də daxil olmaqla bu rəqibə qarşı son 4 oyunun hamısında qalib gəlib. Amma digər tərəfdən AÇ-nin final mərhələsinə təsadüf edən yeganə görüşdə ingilislər üzülüb. AÇ-1968-in yarımfinalında yuqoslavlar minimal hesabla üstün olmuşdular.

D qrupu
Polşa – Niderland 1:2
Adam Buksa, 16 - Kodi Qakpo, 29, Vut Veqorst, 83

Hakim: Artur Diaş (Portuqaliya)
Cəzalı: yoxdu
Stadion: Volksparkştadion (Hamburq)
Əvvəlki oyunlarının balansı: +3=7-9

Niderland yığması bu turnirdə favoritlər arasında göstərilməsə də, Ronald Kumanın fikrincə, əlinin altında çox yaxşı futbolçular toplaşıb. Baxmayaraq ki, Koopmayners və De Yonq kimi futbolçular zədə üzündən komandaya yardım edə bilməyəcək. Adlar baxımından müdafiə xəttinin yarımmüdafiə və hücumu üstələdiyi “narıncılar” ilk görüşü heç də pis formada olmayan Polşaya qarşı keçirəcək. Polşalılar Mixal Probejin rəhbərliyi altında keçirdikləri 8 oyunun heç birində uduzmayıblar (5 qələbə, 3 heç-heçə) və turnirə belə maraqlı seriya ilə başlayacaqlar. Bu komanda son hazırlıq oyunlarında heç də zəif olmayan Ukrayna və Türkiyə kimi rəqibləri yendi. Amma türklər üzərində qələbə Polşaya baha başa gəldi. Belə ki, əzələsini dartan və ilk yarıda əvəzlənən Levandovski Niderlandla oyunu buraxmalı olacaq! İndi əsas sual onu kimin əvəzləyəcəyi ilə bağlıdı. Probej Buksa, Sviderski və Pyontek arasında seçim etməli olacaq. Polşa sürprizə imza atacağı təqdirdə həm də bu rəqibə qarşı qələbəsiz seriyaya, hətta lənətə son qoymuş olacaq. Belə ki, Polşa sonuncu dəfə Niderlandı 1979-un martında – AÇ-1980-nin seçmə mərhələsində öz meydanında məğlub edib (2:0). Həmin tarixdən bəri keçirilən 12 oyunda niderlandlılar 7 qələbə qazanıbsa, 5 oyunda bərabərlik qeydə alınıb.

17 iyun
D qrupu
Avstriya – Fransa 0:1
Maksimilian Vöber, 38-öz qapısına

Hakim: Xesus Gil Manzano (İspaniya)
Cəzalı: yoxdu
Stadion: Merkur-Şpil Arena (Düsseldorf)
Əvvəlki oyunlarının balansı: +9=3-13

Fransızların superulduzu Mbappe adəti üzrə yenə diqqət mərkəzindədi. Ötən qitə turnirində çox zəif təsir bağışlayan və qol vura bilməyən ünlü futbolçunun bu dəfə nələr edəcəyi maraq doğurur. Həm də o, ilk dəfə nəhəng turnirə “Real”ın futbolçusu kimi qatılacaq. Amma Fransa yığmasının düşərgəsindən heç də xoş xəbərlər gəlmir. Belə ki, futbolçular arasında qripp virusunun yayıldığı məlum olub. Bu üzdən Mbappe ilə Koman dünənki məşqi buraxmalı oldu. Dembelenin də durumu yaxşı deyil. Düzdü, bu futbolçuların Avstriya ilə oyunu buraxacağı gözlənilmir. Amma onların fiziki cəhətdən hansı durumda olacağı bəlli deyil. Son ML-də bu komandalar eyni qrupda yer almışdı. Vyanada “xoruzlar” çətinliklə məğlubiyyətdən qurtulmuşdusa (1:1), Parisdə meydan sahibləri 2 cavabsız qolla qalib gəlmişdi.

Ümumiyyətlə, Avstriya Fransaya qarşı keçirdiyi son 10 görüşdə cəmi 1 qələbə qazanıb (2 heç-heçə, 7 məğlubiyyət). Həmin qələbə 2008-in sentyabrında - DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Vyanada əldə olunub (3:1).

E qrupu
Rumıniya – Ukrayna 3:0

Nikolay Staniçu, 29, Razvan Marin, 53, Denis Draquş, 58
Hakim: Qlenn Nuberq (İsveç)
Cəzalı: yoxdu
Stadion: Alyans Arena (Münhen)
Əvvəlki oyunlarının balansı: +3=0-3

Belçika – Slovakiya 0:1
İvan Şranz, 7
Hakim: Halil Umut Meler (Türkiyə)
Cəzalı: yoxdu
Stadion: Doyçe Bank Park (Frankfurt)
Əvvəlki oyunlarının balansı: +3=4-5

Ötən AÇ-də 1/4 finala qədər irəliləyən Ukrayna bu turnirə “sirli qutu” kimi qatılır. Sergey Rebrovun komandası bir neçə gün öncə Almaniyaya qarşı səfərdəki hazırlıq oyununda (0:0) qapısını toxunulmaz saxlamaqla diqqəti çəkdi. Düzdü, sonradan ukraynalılar Varşavada Polşadan ilk yarım saata 3 top buraxdılar (1:3). Komandanın əsas itkisi Mikolenkodu. “Everton”un sol cinah müdafiəçisi turnirə aparılsa da, hansı matçda oynayacağı bilinmir. Bu üzdən Rebrov məcburiyyətdən Zinçenkonu həmin mövqedə oynadacaq. Təcrübəli futbolçu yığmada, adətən, yarımmüdafiədə oynayır. Rumıniya son 2 oyunda qola, son 4 oyunda isə qələbəyə həsrət qalıb. Bu iki qonşu ölkənin şəxsi oyunlarında maraqlı bir tendensiya var. Belə ki, ilk 3 oyun rumınların qələbəsi ilə yekunlaşmışdısa, son 3 oyunda Ukrayna sevinib.

“Qızıl nəsil” ilə heç cür ciddi uğur qazana bilməyən Belçikanın bu cəhdinin necə alınacağı maraq doğurur. Əvvəlki nəhəng turnirlərdən fərqli bu dəfə komanda heç gizli favoritlər arasında da göstərilmir. Əslində bu, Belçika üçün yaxşı məqamdı. Çünki “qırmızı iblislər” əvvəlki nəhəng turnirlərdə, adətən, “favorit” statusununun ağırlığının öhdəsindən gələ bilmirdi. Şəxsi oyunlarda Slovakiyanın üstünlüyü heç kimi çaşdırmasın. Çünki UEFA bu siyahıda Çexoslovakiyanın da nəticələrini nəzərə alır. Slovakiya müstəqil olandan bəri isə Belçikaya qarşı keçirdiyi 3 oyunun hamısında qələbəyə həsrət qalıb (2 heç-heçə, 1 məğlubiyyət). Bu komandalar sonuncu dəfə 2013-ün fevralında Brüggedə hazırlıq oyununda qarşılaşıb və Belçika 2:1 hesabıyla üstün olub.

18 iyun
F qrupu
Türkiyə - Gürcüstan 3:1
Mert Müldür, 26, Arda Gülər, 65, Kərəm Aktürkoğlu, 90+7 - Giorgi Mikautadze, 32

Hakim: Fakundo Telyo (Argentina)
Cəzalı: yoxdu
Stadion: Siqnal İduna Park (Dortmund)
Əvvəlki oyunlarının balansı: +3=1-1

Portuqaliya – Çexiya 2:1
Robin Xranaç, 69-öz qapısına, Fransisko Konseyçao, 90 - Lukas Provod, 62
Hakim: Marko Quida (İtaliya)
Cəzalı: yoxdu
Stadion: Red Bull Arena (Leyptsiq)
Əvvəlki oyunlarının balansı: +7=3-4

Hər birimiz qardaş Türkiyə yığmasının oyununu səbirsizliklə gözləyirik. “Ay-ulduzlular” bu turnirdən öncə bütün iştirakçılar arasında bəlkə də zədələrdən ən çox əziyyət çəkən komandalardan biridi. Vinçentso Montella Ozak Kabak, Çağlar Söyüncü və Enes Ünalın xidmətindən faydalana bilməyəcək. Bunlar azmış kimi, Mərt Günok, İrfan Can Kahveci, Zəki Çəlik, Fərdi Kadıoğlu, Samet Akaydın, Ahmetcan Kaplan kimi futbolçuların da müxtəlif dərəcəli zədəsi var. Türkiyənin sonuncu qrupda yer alması və mübarizəyə hamıdan gec başlaması bu baxımdan komandanın xeyrinə işləyə bilər. İrfan Can Kahveci istisna olmaqla bu futbolçuların hamısının ilk oyuna qədər hazır durumda olacağı gözlənilir. Türkiyə çoxdandı fanatlarını nəhəng turnirlərdə gözəl nəticələrlə sevindirmir. Komanda AÇ-nin final mərhələsində keçirdiyi son 6 oyundan 1 qələbə, 5 məğlubiyyətlə ayrılıb və son 2 turnirdə qrup mərhələsini adlaya bilməyib. Türkiyə ilk görüşdə favorit sayılır. Hərçənd gürcülər debütant olsalar da, hər kəs gözəl başa düşür ki, “ay-ulduzlular”ın işi asan olmayacaq. Üstəlik Türkiyə indiyə qədər qatıldığı 5 AÇ-nin hamısında ilk oyunda qələbəyə həsrət qalıb (1 heç-heçə, 4 məğlubiyyət)! Bu komandalar sonuncu dəfə 2012-nin mayında Zaltsburqda haızlıq oyununda qarşılaşıb və Türkiyə 3:1 hesabı ilə üstün olub. Gürcüstan bu rəqibi yalnız bir dəfə - 2007-də öz meydanındakı yoldaşlıq oyununda yenib (1:0).

Bir sıra yeni rekordların astanasında olan Kriştiano Ronaldo və komanda yoldaşlarının Çexiya ilə görüşdə büdrəmək ehtimalı azdı. Düzdü, Kriştiano bu rəqibə qarşı son iki oyunda meydanı qolsuz tərk edib. Amma Portuqaliyanın Çexiyanı həm AÇ-2008-in, həm də AÇ-2012-nin qrup mərhələsində məğlub etdiyi hər iki görüşdə Ronaldo fərqlənməyi bacarmışdı. Portuqaliyanın bu qrupu asanlıqla lider kimi başa vuracağı gözlənilir. Bu komandaların son 4 oyununun hamısında sevinən tərəf portuqaliyalılar oldu.

19 iyun
A qrupu
Almaniya – Macarıstan 2:0
Camal Musiala, 22, İlkay Gündoğan, 67

Hakim: Denni Makkeli (Niderland)
Stadion: MHP Arena (Ştutqart)
Əvvəlki oyunlarının balansı: +13=12-12

Şotlandiya – İsveçrə 1:1
Skott Maktominey, 13 - Cerdan Şakiri, 26
Hakim: İvan Krujlyak (Slovakiya)
Stadion: Reyn Energi Ştadion (Köln)
Əvvəlki oyunlarının balansı: +8=3-6

B qrupu
Xorvatiya – Albaniya 2:2
Andre Kramariç, 74, Klaus Qyasula, 77-öz qapısına - Qazim Laçi, 11, Klaus Qyasula, 90+5

Hakim: Fransua Leteksye (Fransa)
Stadion: Volksparkştadion (Hamburq)
Buna qədər qarşılaşmayıblar

20 iyun
B qrupu
İspaniya – İtaliya 1:0
Rikardo Kalaflyori, 55-öz qapısına

Hakim: Slavko Vinçiç (Sloveniya)
Stadion: Veltins Arena (Helzenkirhen)
Əvvəlki oyunlarının balansı: +13=16-11

C qrupu
Sloveniya – Serbiya 1:1
Yan Karniçnik, 69 - Luka Yoviç, 90+6

Hakim: İştvan Kovaç (Rumıniya)
Stadion: Alyans Arena (Münhen)
Əvvəlki oyunlarının balansı: +1=6-1

Danimarka – İngiltərə 1:1
Morten Yulann, 34 - Harri Keyn, 18
Hakim: Artur Diaş (Portuqaliya)
Cəzalı: yoxdu
Stadion: Doyçe Bank Park (Frankfurt)
Əvvəlki oyunlarının balansı: +4=5-13

21 iyun
D qrupu
Polşa – Avstriya 1:3
Kristof Piatek, 30 - Qerno Treyno, 9, Kristof Baumqartner, 66, Marko Arnautoviç, 78-pen.

Hakim: Halil Umut Meler (Türkiyə)
Stadion: Olimpiaştadion (Berlin)
Əvvəlki oyunlarının balansı: +5=2-3

Niderland – Fransa 0:0
Hakim: Entoni Teylor (İngiltərə)
Stadion: Red Bull Arena (Leyptsiq)
Əvvəlki oyunlarının balansı: +11=4-15

E qrupu
Slovakiya – Ukrayna 1:2
İvan Şranz, 17 - Mikola Şaparenko, 54, Roman Yaremçuk, 80

Hakim: Maykl Oliver (İngiltərə)
Stadion: Merkur-Şpil Arena (Düsseldorf)
Əvvəlki oyunlarının balansı: +2=3-3

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

15-03-2023, 10:0

ÇL: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq - YENİLƏNİR

Çempionlar Liqası

5-10-2023, 01:0

"Nyukasl" PSJ-ni böyük hesabla məğlub etdi - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

11-05-2023, 00:0

Derbidə sevinən tərəf “İnter” oldu - YENİLƏNİB

Çempionlar Liqası

23-02-2023, 01:0

Almaniyada bərabərlik, "İnter"dən qələbə - YENİLƏNİB

Dünya futbolu

7-03-2024, 01:0

”Real” “Mançester Siti” 1/4 finalda - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

18-04-2024, 01:0

”Bavariya” və “Real” yarımfinalda - YENİLƏNİB

Aktual
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
“Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
“Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
“Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
“Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
Son xəbərlər
  • Bu gün, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Bu gün, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Bu gün, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Bu gün, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Bu gün, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Bu gün, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Bu gün, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Bu gün, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Bu gün, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Bu gün, 13:17
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Bu gün, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Bu gün, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Bu gün, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Bu gün, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Bu gün, 10:00
    Klubuna sadiq qaldı
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 121
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 94
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə