• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Almaniyada bərabərlik, "İnter"dən qələbə - YENİLƏNİB

Çempionlar Liqası

23-02-2023, 01:0

Avropanın ən mötəbər klub turnirində 1/8 final həyəcanı davam edir.

Football-plus.az xəbər verir ki, bu gün" Leytsip" "Mançester Siti"yə, "Portu" "İnter"ə qarşı oynayıb.

1/8 final, ilk oyunlar

22 fevral

Leyptsiq – Mançester Siti
1:1
Yoşko Qvardiol, 70 - Riyad Mahrez, 27

Hakim: Sərdar Gözübüyük (Niderland)

Cəzalı: yoxdu

Avokuboklardakı oyunlarının balansı: +1=0-1

Yenə ÇL-i qazanmaq arzusu ilə alışıb-yanan “Mançester Siti” bu dueldə aşkar favorit sayılır. Amma “Leyptsiq” yüksək səviyyəli komanda olduğunu və ən azı ev oyununda istənilən rəqibi yenməyə qadir olduğunu coxdan sübut edib. Bu mövsüm qrupda “Real”ın “Red Bull Arena”dan məğlub ayrıldığını xatırlamaq kifayətdi. Elə “şəhərlilər” də bu stadionda oynamağın necə çətin olduğunu gözəl bilirlər. Çünki bu komandaların yolu ötən mövsüm qrup mərhələsində kəsişmiş və “Siti” Almaniyadan 1:2 hesablı məğlubiyyətlə dönmüşdü. Düzdü, həmin vaxt Qvardiolanın komandası motivasiyasız idi və pley-offu təmin etmişdi. “Leyptsiq”in lideri Nkunkunun zədəsini sağaldaraq sıraya qayıtması, sözsüz, “öküzlər” üçün yaxşı xəbərdi. Bu futbolçu ötən mövsüm “Etihad”da “Siti”yə 3 top vurmuşdu! “Siti”, adətən, bu mərhələdə sürprizə imkan vermir. Komanda konkret 1/8 finalda keçirdiyi son 10 matçın 8-də qalib gəlib (1 heç-heçə, 1 məğlubiyyət). “Şəhərlilər”in 1/8-i aşa bilməməsinə sonuncu dəfə 2016/17-də “Monako” ilə dueldə rast gəlinib. Onu da bildirək ki, “torba-torba” qollar vuran Holann Almaniyada oynadığı 2,5 il ərzində “Leyptsiq”ə qarşı keçirdiyi 4 görüşdə 6 dəfə fərqlənib.

İnter – Portu 1:0
Romelu Lukaku, 86

Hakim: Srcan Yovanoviç (Serbiya)

Cəzalı: yoxdu

Avokuboklardakı oyunlarının balansı: +2=1-1

İki fərqli dönəmdə (1999-00, 2003-04) “Latsio”da birlikdə top qovmuş Simone İnzaqi ilə Serjio Konseysaonun klublarının duelini izləyəcəyik. Buna qədər bu kollektivlərin yolu iki dəfə kəsişib. 2004/05-də “İnter” ÇL-in 1/8 finalında üstün olmuşdu (evdə 3:1, səfərdə 1:1). Özü də “Portu” həmin vaxt turnirin son qalibi statusunda idi. Düzdü, növbəti mövsüm “Portu” qrupda bu rəqibdən iki oyunun nəticəsinə görə üstün oldu (evdə 2:0, səfərdə 1:2). Amma “əjdahalar” həmin vaxt qrupu sonuncu, milanlılar isə 1-ci pillədə başa vurmuşdular. Maraqlıdı ki, 18 il əvvəl portuqaliyalıların heyətində olan Pepe indi də komandadadı! Həftəsonu “Udineze”ni yenməklə “İnter” doğma meydanda son 13 rəsmi oyunda 12-ci qələbəsini qazandı. Komanda bu müddətdə cəmi 4 top buraxıb. Amma yanvarın 23-də “Empoli”yə minimal hesablı məğlubiyyət onu göstərir ki, “neradzurra” öz meydanında yenilməz deyil. Milan təmsilçisinin xeyrinə olan əsas məqam odu ki, bu komanda indiyə qədər evdə Portuqaliya klublarına qarşı keçirdiyi 9 oyunun heç birində uduzmayıb (8 qələbə, 1 heç-heçə). Digər tərəfdən “Portu” son illərdə ÇL-in 1/8 finalında iki dəfə İtaliya klublarını (2018/19-da “Roma”, 2020/21-də “Yuventus”) mübarizədən kənarlaşdırıb. Hər iki halda qalib əlavə vaxtda müəyyənləşib.

21 fevral

Liverpul – Real 2:5

Darvin Nunez, 4, Muhammed Salah, 14 - Vinisius Cunior, 21, 36, Eder Militao, 48, Kərim Benzema, 56, 67

Hakim: İştvan Kovaç (Rumıniya)

Cəzalı: yoxdu

Avokuboklardakı oyunlarının balansı: +3=1-5

“Bavariya” – PSJ cütündə olduğu kimi, “Liverpul” ilə “Real” da son illərdə bir-birinə tez-tez rəqib olur. Son 9 mövsümdə bu komandaların artıq 5-ci dəfə yolu kəsişir. Düzdü, bu qarşılaşmalar, adətən, maraqlı və gərgin keçir. Amma qələbə əsasən Madrid nəhənginə qismət olur. “Kral klubu” bu rəqibə qarşı keçirdiyi son 6 görüşdə uduzmayıb və bunların 5-də qalib gəlib! Maraqlıdı ki, bu seriyaya qədər “Liverpul” “Real”a qarşı keçirdiyi hər 3 oyunda qələbə qazanmışdı. Təbii ki, ötən mövsümdəki finalda da bu kollektivlərin üz-üzə gəlməsi bu duelə bir qədər də intriqa qatır. Üstəlik 2018-dəki finalda da bu klublar qarşılaşmışdı. “Liverpul” Yürgen Kloppun dönəmində ən zəif mövsümünü keçirir. Komanda çempionluq mübarizəsindən çəkilib və yalnız ilk “4-lük” uğrunda mübarizə aparır. Ona görə də ÇL faktiki mersisaydlıların gözünü dikə biləcəyi yeganə turnirdi. “Real” isə hələ ki qatıldığı bütün turnirlərdə iddiasını davam etdirir. Ötən mövsüm pley-offlarda xarüqələr yaradan Kərim Benzema bu dəfə də madridlilərin əsas qol silahı olacaq. Ünlü fransalı forvard indiyə qədər ÇL-də İngiltərə klublarına qarşı keçirdiyi 23 oyunda 16 dəfə fərqlənib və ingilislər onun ən sevimli rəqibidi.

Ayntraxt F – Napoli 0:2
Viktor Osimhen, 40, Covanni di Lorentso, 65
Qolla nəticələnməyən penalti: Xviça Kvaratsxeliya, 36

Hakim: Artur Diaş (Portuqaliya)

Cəzalı: yoxdu

Avokuboklardakı oyunlarının balansı: +2=0-0

Turnir ÇL adı ilə keçiriləndən bəri ilk dəfə burda iştirak edən “Ayntraxt”ın birinci cəhddən pley-offa vəsiqə qazanması alqışalayiq haldı. “Ayntraxt” pley-offda oynayan 11-ci Almaniya klubu olacaq. Bunun sayəsində Almaniya turnirin pley-offunda 10-dan artıq klubla təmsil olunan ilk ölkə kimi tarixə düşəcək. Bu klubların pley-offa gedən yolu fərqli olub. “Napoli” qrupda ilk 5 oyununda qalib gəlməklə asanlıqla istəyinə çatmışdısa, “qartallar” yalnız qrupun “Sportinq”ə qarşı son oyununun 2-ci hissəsində 2 qol vurmaqla 2-ci pilləni rəsmiləşdirmişdilər. “Napoli”ni həm büdcəsinə, həm mövsümü hansı səviyyədə keçirməsinə, həm də təcrübəsinə görə bu duelin favoriti adlandırmaq olar. “Napoli” həqiqətən də mükəmməl formadadı və artıq indidən komandanın bu mövsüm A seriyasında 33 illik həsrətə son qoyaraq çempion olacağı şübhə doğurmur. Bu da Luçano Spallettinin kollektivi üçün əlavə üstünlükdü. Çünki nə qədər qəribə səslənsə də, daxili çempionatda rəqabət yoxdu və komanda rahat şəkildə diqqətini ÇL-ə yönəldə bilər. Digər tərəfdən frankfurtlular Oliver Qlasnerin başçılığı altında indiyə qədər 19 avrokubok matçının yalnız ikisində uduzublar (10 qələbə, 7 heç-heçə). Komandaların buna qədər yolu yalnız bir dəfə kəsişib. 1994/95-də UEFA kubokunun 1/8 finalında “Ayntraxt” həm evdə, həm də səfərdə 1:0 hesabı ilə üstün olmuşdu.

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

5-10-2022, 00:0

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

Çempionlar Liqası

7-11-2022, 15:0

ÇL-də 1/8 final cütlükləri məlum oldu - YENİLƏNİR

Çempionlar Liqası

3-05-2022, 10:0

Bu gün Çempionlar Liqasının ilk finalçısı bilinəcək

Çempionlar Liqası

29-05-2022, 01:0

"Real" Çempionlar Liqasının qalibi oldu - YENİLƏNDİ

Dünya futbolu

11-05-2022, 21:0

Avrokuboklarda final matçlarının hakimləri açıqlandı

Çempionlar Liqası

5-05-2022, 01:0

"Real" Çempionlar Liqasının finalında "Liverpul"a rəqib oldu

Aktual
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
Son xəbərlər
  • Bu gün, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Bu gün, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Bu gün, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Bu gün, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Bu gün, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Bu gün, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Bu gün, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Bu gün, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Bu gün, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Bu gün, 15:50
    Londondan Liverpula yollandı
  • Bu gün, 15:20
    Haunun xələfi o oldu
  • Bu gün, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Bu gün, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Bu gün, 13:58
    MS-yə yenə gərək olmadı
  • Bu gün, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 12:56
    Milli komandanı tərk edəcək
  • Bu gün, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Bu gün, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 127
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə