• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

”Real” “Mançester Siti” 1/4 finalda - YENİLƏNİB

Dünya futbolu

7-03-2024, 01:0

Yaz yaxınlaşır, çərşənbələr bir-birini əvəz edir, Çempionlar Liqasında isə pley-off həyəcanı davam edir.

Bu gün və sabah 1/4 finalın ilk iştirakçıları bəlli olacaq. “Bavariya” və “Real Sosyedad” səfərdəki məğlubiyyətin qısasını evdə almağa çalışacaqsa, rəqib meydanından qələbə ilə dönən “Real” və “Mançester Siti” sürprizə imkan verməməyə səy göstərəcək.

“Real Sosyedad”ın...
“Bavariya” artıq uçurumun kənarındadı. Bu gün “Latsio” ilə oyunda lazımi nəticə əldə olunmasa, komanda “kəlləmayallaq” aşağı yuvarlanacaq. Çünki artıq ölkə kubokunda mübarizə dayandırılıb və bundesliqada da iş möcüzəyə qalıb. Münhen nəhəngi 2011/12-dən bəri ilk dəfə mövsümü titulsuz başa vurmağa çox yaxındı! Etiraf edək ki, “Latsio”nu Münhen səddini aşaraq 1/4 finalda görmək qəribə olacaq. Çünki komanda bu mövsüm qeyri-adi oyun sərgiləmir və A seriyasında da liderdən 29 xal geridə olmaqla 9-cu pillədə qərarlaşıb. Romalılar ÇL-in 1/4 finalında sanuncu dəfə 1999/00-də oynamışdı. Həmin komandanın bu uğuru təəccüblü görünmürdü. Çünki “Latsio” həmin mövsüm A seriyasının qalibi olmuşdu! İndi isə romalılar ilk görüşdə, sadəcə, “Bavariya”nın böhranda olmasından yararlandılar. Bunu o fakt da sübut edir ki, cəmi 3 il öncə ənənəvi formada olan “Bavariya” bu rəqibini həm səfərdə (4:1), həm də evdə (2:1) asanlıqla məğlub etmişdi. “Rekordmayster” hazırda ÇL-də evdə 13 oyunluq məğlubiyyətsiz seriyaya (10 qələbə, 3 heç-heçə) malikdi və son 11 mövsümün 10-da ən azı 1/4 finala qədər irəliləyib. Amma bir məqamı vurğulayaq ki, “Bavariya” pley-offa səfər məğlubiyyəti ilə başladığı son 15 halın 12-də mübarizəni dayandırıb! Buna misal kimi ötən mövsüm “Mançester Siti”, ondan əvvəlki mövsüm “Vilyarreal” ilə duelləri xatırlamaq olar. Komandanın soncuncu geridönüşünü xatırlamaq üçün 2014/15-ə yollanmalıyıq. O vaxt 1/4 finalda “Portu” ilə səfərdəki 1:3-lük məğlubiyyətdən sonra evdə 6:1-lik qələbə əldə olunmuşdu. “Latsio” isə avrokubokların pley-offuna indiyə qədər 18 dəfə ev qələbəsi ilə başlayıb və bunların 12-də mərhələni adlayan tərəf olub. Digər duelə gəlincə, “Real Sosyedad” çətin Paris səfərində təxminən 1 saata yaxın qapısını toxunulmaz saxlasa da, nəticədə evə 2 cavabsız qolla qayıtmalı oldu. Bu nəticədən sonra san-sebastyanlılar 1982/83-dən bəri ilk dəfə bu turnirdə 1/4 finalı görmək üçün həqiqətən də qüsursuz peromans sərgiləməlidi. Hədəf ilk baxışdan mümkünsüz kimi görünsə də, futbolda, xüsusilə də ÇL-də mümkünsüz heç nə yoxdu. Ən azı “Nyukasl” təcrübəsi göstərir ki, PSJ-ni böyük hesabla yenmək mümkündü. Çünki “sağsağanlar” bu mövsüm qrupda evdə PSJ-ni darmadağın etmişdi (4:1). Maraqlıdı ki, turnir ÇL adı ilə keçiriləndən bəri “Real Sosyedad” yalnız bir dəfə - 2003/04-də 1/8 finalda oynayıb və o vaxt da rəqib məhz Fransa təmsilçisi idi. Həmin vaxt Nihat Kahvecili “Sosyedad” “Lion”a həm evə, həm də səfərdə 0:1 uduzmuşdu. Baskların ÇL-də son 9 ev oyununda cəmi 1 qələbə qazanması (5 heç-heçə, 3 məğlubiyyət) bu klub üçün heç də ürəkaçan fakt deyil. Buna qədər avrokubokların pley-offunda “Sosyedad”ın ilk matçda səfərdə uduzmasına cəmi 8 dəfə rast gəlinib və komanda bunların yalnız ikisində mərhələni adlayıb. PSJ indiyə qədər 18 dəfə pley-offa ev qələbəsi ilə başlayıb və bunların 12-də yekunda istəyinə çatıb. Amma maraqlıdı ki, komandanın son iki halda evdə qalib gələndən sonra mərhələni adlaya bilməməsi məhz İspaniyada baş verib! Bu, 2021/22-nin 1/8 finalında “Real” (evdə 1:0, səfərdə 1:3) və 2016/17-nin 1/8 finalında “Barselona” (evdə 4:0, səfərdə 1:6) ilə duellərdə yaşanıb.

...və “Leyptsiq”in sürprizə gücü çatacaqmı?
“Leyptsiq” ilk görüşdə uduzsa da, heç bir oyun komponentində adlı-sanlı rəqibdən geri qalmadı və sona qədər də “Real”a ciddi problemlər yaratdı. Madrid nəhəngi La Liqada turnir cədvəlinə başçılıq etsə də, son oyunlarda tez-tez xal itirir. Karlo Ançelottinin komandası son 9 rəsmi oyunda 6 qələbə qazanıb və bunların yalnız 2-də rəqiblərini ən azı 2 top fərqi ilə yenib. Səfərdə keçirdiyi son 9 rəsmi oyunun hamısında qol vuran “Leyptsiq”in itiriləsi bir şeyi qalmayıb. Cütün aşkar autsayderi sayılan “öküzlər” bu baxımdan meydana rahat çıxacaq. Bu cür böyük potensiala malik kollektiv isə belə hallarda hər an sürpriz etməyə qadirdi. Təcrübə baxımından komandaları tərəzinin eyni gözünə qoymaq gülməli olar. “Real” ÇL-in 14 qat qalibi olduğu halda, “Leyptsiq” avrokuboklarda cəmi 7-ci mövsümünü keçirir. Diqqəti çəkən məqam odu ki, ötən mövsümün qrup mərhələsində məhz bu rəqibə qarşı səfər oyununda qeydə alınan məğlubiyyət “Real”ın Almaniya klublarına qarşı keçirdiyi son 17 oyundakı yeganə uğursuzluğudu (12 qələbə, 4 heç-heçə). Eyni zamanda “Kral klubu” ÇL-in pley-offunda almanlara qarşı son 8 duelin hamısında mərhələ adlayıb. Son uğursuzluq 2012/13-ün yarımfinalında Dortmund “Borusiyya”sına qarşı qeydə alınıb (səfərdə 1:4, evdə 2:0). “Real” tarixi ərzində avrokubokların pley-offuna 38 dəfə səfər qələbəsi ilə başlayıb və bunların 36-da mərhələni adlayıb. “Leyptsiq”in isə tarixi o qədər dardı ki, avrokubokların pley-offunda ilk oyunda doğma stadionda uduzması faktına rast gəlinməyib! Buna bənzər yeganə hal 2020/21-də ÇL-in 1/8 finalında baş verib. Həmin vaxt “Leyptsiq” “Liverpul”a hər iki oyunda 2 cavabsız qolla uduzmuşdu. Amma o vaxt hər iki görüş Budapeştdə keçirilmişdi. Bu mərhələdə faktiki sürprizin baş tutmaq ehtimalı olmayan yeganə oyun Mançesterdə keçiriləcək. Kopenhagendən inamlı qələbə ilə dönən ÇL-in son qalibi “Mançester Siti”nin rahat şəkildə adını ən güclü 8 komanda sırasına yazdıracağı gözlənilir. Yeganə sual doğuran məqam ÇL-də 9 oyunluq qələbə və 17 oyunluq məğlubiyyətsiz seriyaya malik olan Qvardiolanın komandasının neçə qol vuracağı ilə bağlıdı. Hərçənd Danimarka çempionunun bu mövsüm qrup mərhələsində səfərdə “Bavariya” ilə oyunda qapısını toxunulmaz saxladığını unutmayaq. Digər tərəfdən “Kopenhagen” “Etihad”da oynamağın necə cəhənəm əzabı olduğunu bilir. Ötən mövsüm qrup mərhələsində bu komanda bu stadionda 5 cavabsız top buraxmışdı. Maraq üçün bildirək ki, “Siti” indiyə qədər avrokubokların pley-offuna səfər qələbəsi ilə başladığı 14 halın hamısında mərhələ adlayıb!

1/8 final, cavab oyunları
5 mart
Bavariya – Latsio 3:0
Harri Keyn, 39, 66, Tomas Müller, 45+2

Cəzalı: Upamekano/yoxdu
Hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 0:1.

Real Sosyedad – PSJ 1:2
Mikel Merino, 89 - Kilian Mbappe, 15, 56
Cəzalı: yoxdu
Hakim: Maykl Oliver (İngiltərə)
İlk oyun – 0:2.

6 mart
Real – Leyptsiq 1:1
Vinisius Cunyor, 65 - Villi Orban, 68

Cəzalı: yoxdu/Simakan
Hakim: Davide Massa (İtaliya)
İlk oyun – 1:0.

Mançester Siti – Kopenhagen 3:1
Manuel Akanci, 5, Xulian Alvarez, 9, Erlinq Haaland, 45+3 - Məhəmməd Əlyunussi, 29
Cəzalı: yoxdu
Hakim: Espen Eskos (Norveç)
İlk oyun – 3:1.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

15-02-2024, 02:0

"Latsio" "Bavariya"nı, PSJ "Real Sosyedad"ı məğlub etdi

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Manşet / Çempionlar Liqası

30-08-2023, 10:0

Çempionlar Liqası: Qrupun son iştirakçıları bəlli olacaq - YENİLƏNİR

Çempionlar Liqası

18-12-2023, 16:0

Çempionlar Liqası: 1/8 finalın püşkü atıldı

Manşet / Çempionlar Liqası

9-11-2023, 00:0

"Qalatasaray" "Bavariya"ya uduzdu - YENİLƏNİB

Maraqlı

12-12-2023, 12:0

Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 448
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 192
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə