• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Derbidə sevinən tərəf “İnter” oldu - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

11-05-2023, 00:0

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, İtaliya futbolu, nəhayət, qayıtmağı bacardı. Düzdü, kimlərsə, iddia edə bilər ki, Milan nəhənglərinin yarımfinala çıxması, sadəcə, bəxtin və uğurlu püşkün nəticəsidi. Həm də ilk baxışdan belə görünə bilər ki, bu mövsüm ÇL-in qalibi istənilən halda digər cütdə yer alan klublardan biri olacaq. Amma bunlar artıq başqa söhbətin mövzusudu.

Bu mövsüm 3 fərqli turnirin yarımfinalında İtaliyanın 5 klubu çıxış edir. Bu boyda təsadüf ola bilməz. İki barışmaz rəqibin ÇL-dəki duelinə gəlincə, istər-istəməz bu komandaların 2000-ci illərin əvvəllərindəki rəqabəti yada düşür. “İnter” fanatları, yəqin ki, həmin matçları və Andrey Şevçenkonun qollarını xatırlamağı xoşlamır. Çünki həm 2002/03-ün yarımfinalında, həm də 2004/05-in 1/4 finalında “Milan” “İnter”i mübarizədən kənarlaşdırmış və məhz əfsanəvi Şevçenkonun qolları həlledici olmuşdu.

Digər tərəfdən “İnter” ÇL-i qazanan son İtaliya klubu olması ilə öyünə bilər. “Milan” 20 il əvvəlki qədər əzəmətli görünmür. Elə indiki heyətdə Şevçenko səviyyəsində forvard da yoxdu. Ona görə də “İnter”in yeni tarix yazmaq və qisas almaq üçün gözəl fürsəti var. Komandaları indiki durumuna görə tərəzinin gözünə qoysaq, “İnter” sanki daha ağır gələr. Simone İnzaqinin kollektivi son 5 rəsmi oyunun hamısında qalib gəlib.

Üstəlik ölkə kubokunun yarımfinalında da “Yuventus”u mübarizədən kənarlaşdırıb. “Milan” isə bu dərəcədə yaxşı formada deyil. “Rossonyerlər” son 9 rəsmi oyundan 4 qələbə, 5 heç-heçə ilə ayrılıblar. Təsadüfi deyil ki, bukmekerlər də bu matçda “neradzurra”nı favorit sayır. Amma digər tərəfdən yalnız bu mülahizəyə əsasən “İnter”in mərhələ adlayacağını söyləmək düzgün deyil. Çünki ilk baxışdan “Milan” 1/4 finalda “Napoli” ilə dueldə də favorit sayılmırdı. Belə oyunlarda komandaların hansı formada olması ilə yanaşı, təcrübə və psixoloji amillər də böyük rol oynayır. Ona görə də gəlin tələsməyək.

Viktor Osimhenin 1/4 finalın cavab matçının son saniyələrində vurduğu bərabərlik qolu “Milan”ın ÇL-dəki “quru” seriyasının 596-cı dəqiqədə qırılmasına səbəb oldu. Ümumiyyətlə, iş ÇL-in pley-off mərhələsinə çatanda “Milan” həmişə müdafiəsi ilə ön plana çıxır. Komanda bu turnirin pley-offunda son 6 ev oyunda 1 qol buraxıb və 1 dəfə uduzub (4 qələbə). Bundan başqa, “Milan”ın avrokuboklarda İtaliya təmsilçilərinə qarşı keçirdiyi 11 matçın yalnız 1-də uduzması diqqəti çəkir (5 qələbə). Yeganə məğlubiyyət 1993-də Avropa Superkubokunun finalında “Parma” ilə dueldə qeydə alınıb. Həmin vaxt “rossonyerlər” səfərdə minimal hesabla üstün olsalar da, evdə 2 cavabsız qolla uduzmuşdular. Bu, eyni zamanda “Milan”ın avrokubokların pley-offunda öz həmyerlilərinə qarşı 5 dueldən qalib ayrıla bilmədiyi yeganə haldı. “İnter”in isə Avropa arenasında öz həmyerlilərinə qarşı keçirdiyi 11 oyunda 4 qələbəsi və eyni sayda məğlubiyyəti var.

10 may
Milan – İnter
0:2
Edin Ceko, 8, Henrik Mxtryan, 11
Hakim: Xesus Xil Mansano (İspaniya)
Cəzalı: yoxdu
Avrokuboklardakı oyunlarının balansı: +2=2-0
Milan. "San Siro" stadionu. 23.00

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

17-03-2023, 15:0

1/4 final mərhələsinin püşkü atıldı - Çempionlar Liqası

Çempionlar Liqası

6-10-2022, 00:0

"Çelsi" "Milan"ı məğlub etdi, "Mançester Siti"dən darmadağın

Manşet / Çempionlar Liqası

15-09-2022, 01:0

"Mançester Siti" və PSJ-dən əzmkar qələbə, "Yuventus" uduzdu - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

10-05-2023, 00:0

Madriddə qollu heç-heçə - YENİLƏNİB

Çempionlar Liqası

3-05-2022, 10:0

Bu gün Çempionlar Liqasının ilk finalçısı bilinəcək

Çempionlar Liqası

17-03-2023, 11:0

Mövsümün son püşkü atılacaq - Çempionlar Liqası

Aktual
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
“Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
“Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
“Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
“Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
Son xəbərlər
  • Bu gün, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Bu gün, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Bu gün, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Bu gün, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Bu gün, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Bu gün, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Bu gün, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Bu gün, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Bu gün, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Bu gün, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Bu gün, 13:17
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Bu gün, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Bu gün, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Bu gün, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Bu gün, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Bu gün, 10:00
    Klubuna sadiq qaldı
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 122
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 94
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə