Dörd ildən bir keçirilən Avropa çempionatında ən güclü müəyyənləşəcək.
Menecer Emil Şükürova bu suallarla müraciət etdik: qarşıdakı Avropa çempionatından gözləntiləriniz nələrdi? Sizcə, AÇ-2024 futbola yeni tendensiyalar gətirə biləcəkmi? Hansı yığmaların favorit olduğunu düşünürsüz? Millimizin növbəti AÇ-da iştirak şansına necə baxırsız? Onun “football-plus.az”a söylədikləri:
“AÇ-2024-dən gözləntilərim həmişəki kimi baxımlı, sürətli, keyfiyyətli futboldu. Mövsümboyu bəzi klublarda parlaq çıxışı ilə yadda qalmış oyunçuların eyni uğuru milli komandalarında da göstərib-göstərməyəcəyi maraq doğurur. İngiltərədən Fil Foden, Almaniyadan Florian Virts, İspaniyadan Lamin Yamal, Türkiyədən Arda Gülər kimi futbolçuların oyununu izləmək maraqlı olacaq. Favorit kimi isə ev sahibi Almaniyanı görürəm. Milli komandamız haqqında nəsə demək çətindi. Artıq bir neçə aydı baş məşqçimiz yoxdu. Futbolçuların potensialı da bəllidi. Hazırda milli komandamızda AÇ-də iştirak edəcək potensial görmürəm”.
KAMAL SƏFƏR