• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbol ictimaiyyəti Qətərdə sürpriz çempion gözləmir

Ölkə futbolu / DÇ 2026 / Manşet

18-11-2022, 23:0

Futbolsevərlərin səbirsizliklə gözlədiyi dünya çempionatının startına sayılı günlər qalıb.

Noyabrın 20-dən dekabrın 18-dək davam edəcək mundiala maraq yetərincə böyükdü. Bu dəfə də futbolsevərlər maraqlı oyunlar izləmək ümidi ilə turnirin startını gözləyir. Həmişə olduğu kimi, bu mundialda da əsas favorit kimi bir neçə komandanın adını çəkmək mümkündü. Almaniya, Braziliya, İspaniya və Argentina yenə çempionluğa iddia edən yığmaların önündə gəlir.

DÇ-2022 ilə bağlı futbol ictimaiyyətinin proqnozunu öyrəndik. Seçimi mütəxəsis, baş məşqçi, jurnalist və agent üzərindən etdik. Maraqlıdı, onlar bu turnirdə kimi favorit görür? Qələbə uğrunda mübarizə hansı komandalar arasında olacaq?

Sənan Qurbanov (mütəxəssis):

“Hazırda dünya çempionatından danışmaq bir qədər çətindi. Çünki top-komandalarda nəsil dəyişikliyi baş verdi. İspaniyada bəzi dəyişikliklər gerçəkləşdi. Avropa çempionu olan İtaliya mundiala vəsiqə qazana bilmədi. Avropada elə hallar baş verir ki, hansısa bir favoriti açıqlamağa çətinlik çəkirəm. Amma heyyətlərə baxdıqda Almaniya və Fransa favorit sayıla bilər. İspaniya da büdrəyə-büdrəyə gəlsə də, görünür, Luis Enrike öz oyun üslubuna sadiq qalır. Həmişə Braziliyanı da favoritlər sırasında görürdük. Bundan əlavə, Messili Argentina var. Heyətlərdə o qədər yeni futbolçular ortaya çıxıb ki, “Ronaldo, Messi dövrünü geridə qoymuşuq” da demək mümkündü. Messi bəlkə də özünü yaxşı tərəfdən göstərə biləcək. Bunu Ronaldoya da aid etmək olar. Lakin çox təəssüf ki, Holann kimi bir ulduzu DÇ-də görə bilməyəcəyik. İngiltərədən yaxşı nəticələr gözləyirdik, amma necə çətinlik çəkdiyini gördük. Belçika yaxşı heyətə malikdi, amma sabitlik yoxdu. Ona görə bu komandaları favorit adlandırmaqda çətinlik çəkirəm. Okeanın o biri tayı həmişə Avropaya nisbətən struktur baxımından axsayıb. Ona görə deyə bilrəm ki, mübarizə əsasən Avropanın top-milliləri arasında olacaq. Lakin mən Almaniyanı çempionluğa əsas namizəd görürəm. Dediyim bu nəsil dəyişikliyində Almaniya rəqiblərindən daha öndədi. Amma bu il Messi, özünün açıqladığı kimi, sonuncu dünya çempionatında iştirak edəcək. Buna görə ola bilər ki, komandası üçün hər şeyi etsin, dəridən-qabıqdan çıxsın. Bu amil də məni bir qədər yanılda bilər… Uşaqlıqdan, özümü biləndən İtaliyanın çılğın azarkeşi olmuşam. Bu hələ də qəlbimdə qalmaqdadı. Həmişə bu milliyə böyük simpatiyam olub. Bəlkə də yaxşı, baxımlı oynamayıb, daha çox müdafiə futboluna üstünlük verib. Amma heyətində həmişə ulduzlar yer alıb. Çoxlarının simpatiya bəslədiyi İtaliya mənim də sevdiyim komandadı. Təəssüf ki, bu mundialda iştirak etmirlər”.


Elmar Baxşıyev (mütəxəssis):
“Təbii ki, imkan olduqca dünya çempionatını izləməyə çalışacam. Namizədlər çoxdu. Almaniya, İspaniya, Fransa, Braziliya, Argentina iddialı komandalardı. Mən isə daha çox İspaniya və Braziliyanı vurğulamaq istəyirəm. Həm heyətinə, həm də oyun keyfiyyətinə görə başqalarından seçilirlər. Belə görürəm ki, bu mundialda çempionluq uğrunda əsasən bu iki milli mübarizə aparacaq. İnanmıram ki, hansısa sürpriz yığma çempion olsun. Özüm isə daha çox ispan və alman futboluna üstünlük verirəm. Həmin komandaların çempion olmasını istəyərdim”.


Ceyhun Əliyev (jurnalist):
“Fikrimcə, cari mundial Cənubi Amerika təmsilçilərinin benefisi ilə nəticələnəcək. Buna ən azı ümid edirəm. Çünki romantik futbol qəlblərə tac salırsa, praqmatik futbol yalnız həmin ölkənin təmsilçiləri üçün yaddaqalan olur. Avropada yalnız Niderland millisi daim fərqlənir, zaman-zaman isə İspaniya. Zənnimcə, Braziliya bu marafonda az da olsa, Argentinadan öndədi. Ancaq 1990-da 10 addım öndə olmasına rəğmən, “futbol sehrbazları” dahi Maradonanın bir ötürməsi sayəsində “silahı yerə qoymalı” olmuşdu. Bu gün də Argentinada dahi var - Messi! Leo üçün bu həm də son şansdı. Digər komandalara gəlincə, çox istərdim ki, Argentinaya nəsib olmayacaqsa, İngiltərə qalib gəlsin. Praqmatizmin atası Almaniyaya isə tezliklə mundialı tərk etməyi arzulayıram”.


Vaqif Heydərli (agent):
"Bu dünya çempionatının həm keçirildiyi ölkə, həm də tarix çox qəribədi. Həmişə favoritlərdən biri olan Fransanın problemləri çoxdu. Bu səbəblərə görə konkret favoriti demək çətindi. Amma məncə, rəqabət daha çox Almaniya, Portuqaliya, Belçika, İngiltərə, hər nə qədər itkisi olsa da, Fransa, İspaniya, Cənubi Amerikadan isə Braziliya və Argentina arasında gedəcək. Əlbəttə, futbolda konkret favorit demək bir az çətindi. Əvvəllər vaxt bəlli olurdu, futbolçular bilirdi, mövsümün sonunda hazırlaşırdılar. Amma indi fərqli iqlimdi, mövsümün ortasıdı. Buna görə də favoriti demək çətindi. Hər halda, mübarizə qeyd etdiyim komandalar arasında gedəcək".


ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

DÇ 2026 / Manşet

11-11-2022, 13:0

Mundial vaxtı hansı çempionatlar “istirahət edəcək”?

DÇ 2026

18-11-2022, 11:0

"İtaliyasız dünya çempionatı Kolizeysiz Roma kimidi" - Totti

Dünya futbolu

15-10-2022, 15:0

DÇ-2022-nin favoritləri bəlli oldu

Dünya futbolu

17-10-2022, 14:0

Messi dünya çempionatının favoritlərini açıqladı

DÇ 2026

9-11-2022, 19:0

Argentina yığmasında itki

Aktual
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
Son xəbərlər
  • Bu gün, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • Dünən, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Dünən, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Dünən, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Dünən, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Dünən, 21:50
    "Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Dünən, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Dünən, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Dünən, 19:34
    "İmişli"də yeni təyinat
  • Dünən, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Dünən, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Dünən, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Dünən, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Dünən, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Dünən, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Dünən, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Dünən, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Dünən, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Dünən, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Dünən, 15:07
    "İmişli"dən növbəti transfer
  • Dünən, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Dünən, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Dünən, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Dünən, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Dünən, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Dünən, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Dünən, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 11:23
    Klubunda hamını arxada qoydu
  • Dünən, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Dünən, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Dünən, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 139
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 133
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə