Müqaviləsi yenilənəcək

10.06.2024 15:57 1 043
Dünya futbolu
“Roma” rəhbərliyi Daniele De Rossinin fəaliyyətindən razıdı.

İtaliya klubu baş məşqçiyə tezliklə yeni təklif irəli sürəcək. Komanda son mövsümdə İtaliya çempionatını 6-cı yerdə başa vurub və Avropa Liqasında oynamaq hüququ qazanıb.

De Rossi “Roma”nı bu ilin yanvarından çalışdırır. 40 yaşlı mütəxəssisin müqaviləsinin müddətinin 2027-ci ilin yayına qədər artırılması gözlənilir.