Baş məşqçi ilə müqavilə yenilənəcək

5.04.2024 15:40 142
Dünya futbolu
“İnter”də yeni müqavilə gözlənilir.

Rəhbərlik Simone İnzaqi ilə sözləşməni yeniləyəcək.

İtaliya mənbələrinə görə, klub baş məşqçi ilə əməkdaşlığın müddətini 2027-ci ilin yayına qədər artırmağı planlaşdırır. “İnter” hazırda İtaliya çempionatında inamla liderlik edir. Komanda Çempionlar Liqasında mübarizəni dayandırsa da, rəhbərlik İnzaqinin fəaliyyətindən razıdı.

47 yaşlı mütəxəssis milanlıları 2021-ci ilin yayından çalışdırır. Sabiq hücumçunun 2016-21-ci illərdə “Latsio”ya başçılıq etdiyini də xatırladaq.