“Roma” dünya çempionunu qorumağa çalışır

5.03.2024 15:30 250
Dünya futbolu
Paulo Dibala tezliklə klubundan yeni təklif alacaq.

Bunu tanınmış jurnalist Nikolo Skira bildirib. O, “Roma” rəhbərliyinin hücumçu ilə müqavilənin müddətini 2027-ci ilin yayına qədər artırmaq istədiyini deyib. Argentina yığması ilə DÇ-2022-nin qalibi olan Paulonun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında sona çatacaq.

Dibala paytaxt klubunda 2022-ci ildən çıxış edir. 30 yaşlı hücumçu bu mövsüm A seriyasında 19 oyuna 12 qol vurub.