Yeni təklif alacaq

7.06.2024 21:30 218
Dünya futbolu
“Borussiya” rəhbərliyi Edin Terziçin fəaliyyətindən razıdı.

“Football-plus.az” xəbər verir ki, Dortmund klubu baş məşqçiyə tezliklə yeni təklif irəli sürəcək. Komanda son mövsümdə Almaniya çempionatını 5-ci yerdə başa vurub və Çempionlar Liqasında finala qədər irəliləyib.

Terziç “Borussiya”nı 2022-ci ildən çalışdırır. 41 yaşlı mütəxəssis bundan əvvəl 2020/21 mövsümündə bir neçə ay ərzində baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirib.