"Qarabağ" dünya reytinqində 8 pillə irəlilədi

11.11.2022 15:33 317
Ölkə futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların oktyabr ayı üçün reytinqini açıqlayıb.

"Footbal-plus.az" xəbər verir ki, reytinq IFFHS-in rəsmi saytında yayımlanıb. Siyahıda dünyanın 301 komandası yer alıb. Onların sırasında Azərbaycandan əvvəlkitək cəmi bir komanda - "Qarabağ" var. Ağdam təmsilçisi 8 pillə irəliləyərək 83-cü pilləyə yüksəlib. Qurban Qurbanovun komandası hesabında xalı 143,5-a artırıb.

Siyahıya Braziliya "Flamenqo"su (329 xal) başçılıq edir. "Liverpul" (İngiltərə) 311 xalla 2-ci, "Palmeyras" (Braziliya) 308 xalla 3-cü yeri tutur.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul