"Qarabağ" və "Neftçi" irəlilədi - DÜNYA REYTİNQİ

10.02.2024 10:50 229
Ölkə futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, siyahıda 403 komanda yer alıb.

Ölkə təmsilçilərindən "Qarabağ" 146.5 xalla 70-cidi. Ağdam klubu əvvəlki siyahıyla müqayisədə 3 pillə irəlləyib.

"Neftçi" 57.5 xalla 398-cidi.Paytaxt təmsilçisi son reytinqdə 53.75 xalla 469-cu idi.

Siyahıya 359 xalı olan "Mançester Siti" liderlik edir. "Real" 332 xalla 2-ci, "İnter" isə 281 xalla 3-cüdü.