Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, siyahıda 506 komanda yer alıb. Onların arasında Azərbaycanın 3 klubu var.
"Qarabağ" son reytinqə əsasən, 13 pillə irəliləyib. Qurban Qurbanovun komanası176,5 xal 48-cidi. "Neftçi" bir mövqe irəliləyərək 62 xalla 377-ci, "Sabah" isə 4 pillə irəliləyərək 58,75 xalla 413-cü olub.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə premyer-liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) kollektivi üçüncüdü.