Bəzi klublarda həmin vəzifənin vakant olması isə söz-söhbətə səbəb olur. Mütəxəssisin adı tez-tez həmin komandaları çalışdıracağıyla bağlı xəbərlərdə hallanır.
Bu məsələyə son qoymaq məqsədilə Azər bəylə əlaqə saxlayıb hansısa klubdan təklif alıb-almadığını soruşduq. Onun "football-plus.az"a söylədikləri:
"Təkliflərə həmişə açığam. Heç nədən çəkinmirəm. İndiyə qədər Region Liqası, 1-ci divizion (indiki 1-ci liqa - red.) və premyer-liqada çalışmışam. Yəni iş yeri seçimim məhz elitayla bağlı olmaya bilər. Sadəcə, gərək hər addımda daha irəlisini düşünəsən. İddialı klubdan təklif gəlsə, niyə də yox?! Hələ ki, istirahət edirəm, beynimi sakitləşdirirəm. Onu da deyim ki, hansısa klubdan təklif almamışam".
KƏNAN BAHADIR






