“Mançester Siti”də yeni müqavilə

18.09.2023 16:28 224
Dünya futbolu
Yayboyu Kayl Uoker haqda yayılan xəbərlər onun iş yerini dəyişəcəyindən bəhs etmişdi.

"Football-plus.az" xəbər verir ki, ingilis müdafiəçini “Bavariya” heyətinə qatmağa çalışırdı.

Lakin “Mançester Siti” futbolçusu ilə müqaviləni yeniləyib. İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, Uoker ilə imzalanan yeni anlaşmanın müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Xatırladaq ki, MS Kaylı 2017-ci ilin yayında “Tottenhem”dən transfer edib. İngiltərə millisinin 33 yaşlı cinah müdafiəçisi bu mövsüm “şəhərlilər”in heyətində bütün turnirlərdə 6 matçda meydana çıxıb.