“Mançester Yunayted” ilə yenidən anlaşdı

1.06.2023 20:30 194
Dünya futbolu
Dioqu Dalot “Mançester Yunayted” ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, klubun rəsmi saytının yaydığı xəbərə görə, portuqaliyalı oyunçu ilə müqavilənin müddəti 2028-ci ilin iyununa kimi uzadılıb. Sözləşmənin daha bir mövsümlük yenilənməsi variantı da var.

Dalot MY-də 2018-ci ilin iyulundan oynayır. O, bu mövsüm meydana çıxdığı 42 oyunda 2 qol vurub və 2 qolun ötürməsini verib.