“The Best” mərasiminin tarixi açıqlandı

15.12.2022 16:32 262
Dünya futbolu
FİFA “The Best” mərasiminin tarixini açıqlayıb. Ali futbol qurumunun təsis etdiyi mükafatın qalibləri 2023-cü il fevralın 27-də bilinəcək.

Football-plus.az xəbər verir ki, startı gələn il yanvarın 12-də veriləcək səsvermənin yekunlarına əsasən “The Best” mükafatları kişi və qadın futbolçular arasında bu kateqoriyalara əsasən sahiblərini tapacaq: ən yaxşı oyunçu, ən yaxşı məşqçi, ən yaxşı qapıçı, “feyr-pley” üzrə qalib, ən baxımlı qol üçün Puşkaş mükafatının qalibi və azarkeşlər üçün mükafat. Mükafatlandırılma mərasimində 2022-ci ilin rəmzi komandası da açıqlanacaq.

Qeyd edək ki, müxtəlif nominasiyalar üzrə qaliblər 2021-ci il avqustun 8-dən 2022-ci il dekabrın 18-nə qədərki müddətdə keçirilən turnirlərin nəticələrinə əsasən müəyyənləşəcək.