• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Məhkəmə Xuan Laportanı təmizə çıxardı - ancaq “Neqreyra işi” hələ qapanmayıb

Aktual

7-06-2024, 21:0

“Barselona”da son bir neçə ildə daimi narahatlıq hökm sürür.

“Football-plus.az” xəbər verir ki, ancaq ən böyük bəlalardan birindən qurtulmaq mümkün oldu. 2023-cü ilin yazından bəri davam edən və kataloniyalıların ən sərt şəkildə cəzalanmasını, hətta aşağı dəstəyə göndərilməsini nəzərdə tutan korrupsiya ilə bağlı ittiham klubun üzərindən götürülüb.

“Neqreyra işi” nədi?

Bu qalmaqalın əsası 2023-cü ilin fevralında qoyuldu. Məhz onda İspaniya mediası xəbər yaydı ki, sən demə, “Barselona” uzun illər ərzində İspaniya Kral Futbol Federasiyasının texniki hakimlər komitəsinin vitse-prezidenti Xose Neqreyraya pul ödəyib. Klub 2001-18-ci illər aralığında onun hesabına 7,5 milyon avro köçürüb. Bu fakt özü-özlüyündə korrupsiya ilə bağlı şübhələnməyə əsas verir.

Artıq martda İspaniya prokurorluğu “Barselona”nı, Xose Neqreyranı və onun oğlunu, həmçinin kataloniyalıların iki sabiq prezidentini – Xosep Bartomeu ilə Sanrdo Rosseli üç maddə - korrupsiya, qeyri-düzgün idarəçilik, sənədlərin saxtalaşdırılması - məhkəməyə verəndə şübhələr bir qədər də gücləndi. İttihamların mahiyyəti bundan ibarət idi: “Barselona” Neqreyra hakimlər korpusunda çalışarkən həqiqətən də vasitəçi şirkətin əli ilə ona pul ödəyib, adı çəkilən məmur istefaya yollanan kimi ödənişi dayandırıb. Məhkəmə kataloniyalıların nə üçün pul ödədiyini aydınlaşdırmalıydı.

Klubdan dərhal bəyan etdilər ki, burda heç bir kriminal yoxdu – pul hakimlərin komandaya loyal münasibət göstərməsi üçün yox, hesabatlar və məsləhətlər üçün ödənilib. Məsələn, Neqreyra hesabatlarında kataloniyalı oyunçuların bu və ya başqa hakimə münasibətdə özünü necə aparmalı olduğunu, klubun hansı siyasət yürütməli olduğunu, qərarların səbəblərini yazıb. “Barselona” həmçinin bunun adi praktika olduğunu da bildirdi.
Təbii ki, belə təfsirlə heç də hamı razılaşmadı. Məsələn, La Liqanın prezidenti Xavyer Tebas belə dedi:

“Bu xəbər ilk dəfə üzə çıxanda başverənləri xatırlayın. “Barselona” cavab verdi ki, hamı belə edir. Mənə məlum olduğuna görə, heç də belə deyil. Heç də hamı Hakimlər Departamentinin rəhbərliyinə pul ödəmir”.


Bu vəziyyət Tebasla yanaşı, La Liqanın əksər klublarını qəzəbləndirdi. Təbii ki, “Real” başda olmaqla. Madridlilər ictimaiyyət önündə bu məsələni o qədər qabartmasalar da, kuluarlarda axıra qədər getməyin vacib olduğunu təbliğ edənlərdən idilər. İspaniya mediasının yazdığına inansaq, “Real” hətta Neqreyra ilə nə vaxtsa əməkdaşlıq etmiş bütün hakimlərin qovulmasını tələb edib. Ötən il sentyabrın 28-də bu işi aparan Barselona məhkəməsinin hakimi Xoakin Agirre Neqreyraya pul ödənilməsini cinayət saydı. İspaniya Kral Futbol Federasiyasının hakimlər komitəsində axtarış aparıldı. Oktyabrda isə əvvəlcədən adı şahid kimi keçən Xuan Laporta ittiham olunmağa başladı – onun idarəçiliyi dövründə Neqreyra Kataloniya klubundan bir milyon avroya yaxın pul alıb. Ancaq “göy-narıncılar” israrla bildirirdi ki, bu işdə cinayət tərkibi yoxdu – hakimlərə heç kim pul ödəməyib, korrupsiya ilə bağlı iddialar isə klubun imicini korlayır. Bu ittihamlar hətta qitə futbol qurumunun da diqqətini çəkdi.

İş bağlandı, ancaq təhlükə qalır
Bu ilin yanvarında hadisələrin axarı kəskin dəyişdi - əvvəllər “Barselona”nı rüşvət verməkdə suçlayan elə həmin Xoakin Agirre sübutlar çatışmadığına görə təhqiqatı bitirməyə qərar verdi. Məhkəmə məmuru hakimlərin satın alınması və ya danışılmış oyunlar ilə bağlı faktlar axtarsa da, heç nə tapmadı – bütün bank köçürmələri təmiz idi. Agirre bu işdə idman korripsiyasının olmadığını etiraf etsə də, vergi maxinasiyaları ilə bağlı şübhələrini qorudu.
Artıq mayda qapanmış iş fonunda şübhəlilər də bəraət qazanmağa başladı. Əvvəlcə “Barselona” təmizə çıxdı – məhkəmə kataloniyalıların rüşvət verməsi ilə bağlı ittihamı götürdü. “Blauqrana” bu qərardan razı qaldı. “Barselona”nın yaydığı rəsmi açıqlamada deyilirdi:
“Klubumuz Barselona məhkəməsinin bu gün çıxardığı qərardan məmnunluğunu ifadə edir. Bu, klubun müdafiə etdiyi yanaşmanı təsdiqləyir və rüşvətxorluq cinayəti ilə bağlı iddia olunan fərziyəni rədd edir. Biz əminik ki, məhkəmə yolu ilə nəhayət, şikayət predmeti olan faktlara aydınlıq gətirmək və klubun mütləq təqsirsizliyini sübut etmək mümkündü”.


Mayın 31-də isə məlum oldu ki, ittiham olunanlar siyahısından Xuan Laporta və onun Direktorlar Şurası da çıxarılıb. Bir müddət əvvəl antikorrupsiya prokurorluğu kataloniyalıların indiki prezidenti ilə bağlı ittiham aktından şikayət vermişdi, ona görə ki, mümkün cinayətin müddəti bitib. Məhkəmə bu şikayəti təmin etdi. Maraqlıdı ki, Sandro Rossel və Xuan Bartomeu, həmçinin Xose Neqreyra özü də hələ ki şübhəlilər siyahısındadı. Hərçənd ilk iki şəxs də artıq apellyasiya ərizəsi yazıb, hakimlər komitəsinin sabiq rəsmisi isə bəyan edib ki, qocalara xas ağıl zəifləməsindən (onun 78 yaşı var) əziyyət çəkir və mühakimə oluna bilməz.

Düzdü, “Barselona”ya hələ vergi pozuntuları və sənədlərin saxtalaşdırılması üzrə ittiham irəli sürülə bilər, yəni bu qalmalallı tarixçə hələ başa çatmayıb. Ancaq indidən qalmaqalın necə nəticələnəcəyini güman etmək olar – hər şeydən belə görünür ki, “Barselona” sərt cəzadan canını qurtaracaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-05-2024, 20:0

“Barselona” sanksiyalardan qurtuldu

Dünya futbolu

5-05-2023, 18:0

“Barselona” Avropanı Asiyaya dəyişəcək?

Dünya futbolu

28-03-2023, 20:0

UEFA “Barselona”ya hansı cəzanı kəsə bilər?

Dünya futbolu

24-03-2023, 11:0

"Barselona" böyük təhlükə ilə üz-üzə

Dünya futbolu

15-03-2023, 20:0

Laporta: “Barselona”nın maraqlarına zərbə vurmaq üçün kampaniya aparılır”

Dünya futbolu

17-04-2023, 20:0

“Barselona”dan nə yeni xəbər var?

Aktual
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
Son xəbərlər
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Dünən, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Dünən, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Dünən, 10:00
    Karyerasını başa vurdu
  • Dünən, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 207
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 197
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə