"Barselona" böyük təhlükə ilə üz-üzə

24.03.2023 11:50 271
Dünya futbolu
“Barselona” böyük təhlükə ilə üz-üzə qalıb.

“Football-plus.az” “El Confidencial”a istinadən xəbər verir ki, İspaniya futbol qurumunun məmuru Xose Mariya Neqreyraya ödənişlərlə bağlı nəhəng korrupsiya qalmaqalı üzündən birilliyə avrokuboklarda iştirakdan uzaqlaşdırıla bilər. İş ondadı ki, UEFA-nın reqlamentində klubların istər milli, istərsə də beynəlxalq səviyyədə oyunların nəticəsinə qeyri-qanuni metodlarla müdaxilə etməsinə qadağa qoyulub. Bu məsələ ilə nağlı yekun qərar iyunda veriləcək.

Xatırladaq ki, fevralın 15-də “Barselona”nın Xose Mariya Heqreyraya məxsus “Dasnil 95” şirkətinə 1,4 milyon avro ödəməsi haqda xəbər yayılıb. Neqreyra vaxtilə İspaniya Kral Futbol Federasiyasında Hakimlərin Texniki Komitəsində vitse-prezident postunu tutub.