• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lunyovun gözlənilən və gözlənilməz gedişi: kimdi günahkar? - TƏHLİL

Premyer-liqa / Manşet

7-06-2024, 21:0

“Qarabağ”ın rusiyalı qapıçı Andrey Lunyovla yolları ayırması nə qədər gözlənilən idisə, bir o qədər də gözlənilməz oldu.

Qolkiperin klubla anlaşdığı zaman müqavilənin şərtlərinə görə ilk mövsümdə 200 min avro qazanması nəzərdə tutulurdu. Müqavilə müddətinin sonuna xeyli qalmış onun artıq klubdan 600 min avro istəməsi ilə bağlı xəbərlər dolaşırdı. “1+1” sistemi ilə imzalanan müqaviləyə srağagün xitam verildi. Daha da maraqlı məqam bu hadisənin “Qarabağ”la ulduzu heç cür barışmayan menecer Anton Smirnovun qapıçı ilə əməkdaşlığı dayandırmasından sonra baş verməsidi. Axı əksəriyyət Smirnovla vidalaşan Lunyovun ən azı daha bir mövsüm Ağdam təmsilçisinin heyətində çıxış edəcəyini düşünrüdü. Ancaq gözlənilənin əksi baş verdi. Tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırdı.

Lunyov yaxşı qapıçı idi, yoxsa pis?
Bizdə belə bir adət var: hər kəsin dəyərini o gedəndən sonra daha yaxşı anlayırıq. İndi də rusiyalı qapıçının ünvanına müxtəlif sözlər söylənilir. Yenə futbol ictimaiyyəti ikiyə bölünüb. Bəziləri Lunyovu ölkəyə gəlib-getmiş ən səviyyəli qapıçı adlandırır. Hətta belə səviyyəli futbolçuların ölkəyə nadir hallarda gəldiyini, qapıda isə etibarlı olduğunu dilə gətirir. Bəziləri də onun deyildiyi qədər güclü qolkiper olmadığını, ancaq sabit çıxış etdiyini bildirir. Hətta onu Şahruddin Məhəmmədəliyevlə müqayisə edənlər də var. Əslində hər bir tərəfin baxışında həqiqət var. Bəli, onun yaxşı qapıçı olduğu bəllidi. “Bayer-04” kimi məşhur klub adi bir qapıçını heyətinə cəlb etməzdi. Ümumi götürəndə ən azı orta səviyyəli bir qolkper üçün yetərincə etibarlı idi. Niyə yüksək yox, orta səviyyəli qapıçı? Bunu qolkiperin oyun zamanı buraxdığı qollarla əlaqələndirmək olar. Məsələn, Andrey uzaq məsafələrdən vurulan topların qarşısında aciz qalırdı. Bunu həm premyer-liqanın 22-ci turunda “Sabah”la oyunun 90+5-ci dəqiqəsində Tellur Mütəllimovun uzaq məsafədən heç də qeyri-adi olmayan zərbəsi zamanı, həm də Avropa Liqasının 1/16 finalının “Braqa”yla cavab görüşündə Alvaro Calonun 83-cü dəqiqədə vurduğu qolda görmək olur. Hər iki qolda top heç də dəf edilməyəcək qədər uzaq nöqtələrə uçmur. Bu üzdən iradlarda haqlılıq payı var. Bundan başqa, “Bayer-04”lə matçda son dəqiqələrdə buraxdığı qolu da qaytarmaq olardı. Lakin Lunyovun gəlişi ilə oyundaşlarına “çərçivə”də güvən verdiyini də unutmaq olmaz. Şahruddinə gəlincə, millimizin üzvü cəldlik, xətdə reaksiya baxımından Andreydən aşkar üstündü. Bunu baxımlı seyvlərdən də görmək mümkündü. Hətta qapıdan rəqibin cərimə meydançası həndəvərində nəzarətsiz qalan komanda yoldaşlarını görməsi də yaxşı xüsusiyyətlərindəndi. Ancaq təəssüf ki, Şahruddin qəfil kobud səhvləri ilə komandanı dəfələrlə çətin vəziyyətə salıb. Bu baxımdan Şah daha yaxşı qapıçı olsa da, yolverilməz səhvlər üzündən ona “çərçivə”ni əmanət etmək çox risklidi.

Nəticə
Hər iki qolkiperin oyun tərzi fərqlidi və müqayisə etsək, bir-birinə zidd olan xüsusiyyətləri var. “Qarabağ” kimi Avropada yüksək hədəflər uğrunda mübarizə aparan komandaya daha səviyyəli qapıçı lazımdı. Yəqin ki, məşqçilər korpusu bu istiqamətdə doğru təhlil aparacaq, ən düzgün qərarı verəcək. O ki qaldı Lunyovun komandadan ayrılmasına, burda böyük ölçüdə onun sabiq meneceri Smirnovun Rusiya mətbuatına verdiyi açıqlamaların da təsiri var. Smirnov menecerlik etdiyi futbolçu ilə komandası arasında balansı qoruya bilmədi. Belədə 32 yaşlı futbolçunun onsuz da başa çatan müqaviləsinin yenilənməməsi normaldı. İndi artıq Çempionlar Liqasında mübarizə aparacaq “köhlən atlar” daha etibarlı “əlcək sahibi” axtarır.

Fikir
Lunyovun “Qarabağ”dakı performansı, klubdan ayrılması, Şahruddinlə müqayisə olunması barədə Ağdam təmsilçisinin veteran qolkiperi Cəmaləddin Əliyevin də fikirlərini öyrəndik:

“Lunyov “Qarabağ”a “Bayer-04”dən gəlib. Bildiyim qədəriylə zədəsi də var idi. Hardasa bir il oynamamışdı. Demək olmaz ki, Andrey zəif qapıçıdı. Həm çempionatda, həm də Avropa Liqasında pis çıxış etmədi. Şahruddin də, Andrey də yığma forması geyir. Amma Lunyov daha təcrübəlidi, çıxışılarda da daha inamlıdı. Komandadan ayrılmasına gəlincə, bir söz deyə bilmərəm”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

17-04-2024, 15:0

“Qarabağ” Lunyovla müqavilə müddətini birtərəfli qaydada uzadacaq? – ruslar FİFA-ya üz tutdu

Ölkə futbolu / Manşet

12-04-2024, 10:0

"Hadisələrin axarı klubun Lunyovla yolları ayırmasıyla nəticələnəcək" - "Qarabağ"ın sabiq qapıçısı

Ölkə futbolu / Manşet

15-04-2024, 09:0

"Qarabağ"ın Lunyovla bağlı qərarı bəlli oldu - yola salınır

Ölkə futbolu / Manşet

8-04-2024, 01:0

“Neçə dəfə olub ki, Lunyov çempionatda ayaqları arasından top buraxıb, meneceri isə...” – menecer rəyi

Manşet / Yazarlar

10-04-2024, 16:0

“Abbasqulu bəyin nazıyla çox oynamağa” dəyməz! - REPLİKA

Ölkə futbolu / Manşet

9-04-2024, 09:0

“Belə davranış Lunyovun qalmasına kömək etməyəcək” - menecerin təhdidinə sərt cavab

Aktual
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Son xəbərlər
  • Bu gün, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Bu gün, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Bu gün, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Bu gün, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
Daha çox
Oxunub: 261
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 200
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 99
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 99
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə