• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Belə davranış Lunyovun qalmasına kömək etməyəcək” - menecerin təhdidinə sərt cavab

Ölkə futbolu / Manşet

9-04-2024, 09:0

Artıq əminliklə demək olar ki, “Qarabağ” – Andrey Lunyov münasibətlərində çat yaranıb. Özü də bunun səbəbi Azərbaycan mediasında rusiyalı qapıçının Ağdam klubunda aldığı illik məvacibin (200 min dollar) üç dəfə artırılmasını istədiyi ilə bağlı yayılan xəbərlər oldu.

32 yaşlı qolkiperin meneceri Anton Smirnov “RB Sport”a verdiyi müsahibə ilə odun üstünə benzin tökdü:

“Qarabağ” bu cür davranışı davam etdirsə, mətbuat vasitəsilə təzyiq göstərsə, Andreyin karyerasını başqa klubda davam etdirmək variantlarını ciddi şəkildə nəzərdən keçirəcəyik. Klubla aparılan danışıq məxfidi. Klubdan birinin niyə bu məlumatı yaydığını başa düşmək istərdim. Çünki belə davranış Andreyin qalmasına kömək etməyəcək. Lunyov “Qarabağ”a gələndə maaşı ciddi şəkildə aşağı qiymətləndirilib. 2023-cü ilin qışında isə “Qarabağ” ona avqustda razılaşdığı maaşdan 2,5 dəfə çox məvacib təklif etmişdi. Müqavilə imzalayarkən “Qarabağ”la müzakirə etdik ki, Andrey aşağı şərtlərə anlaşacaq. Razılığımız belə olmuşdu ki, Andreyin səhhətində problem olmasa, yüksək səviyyədə oynasa, klubun uğurlarına kömək etsə, təqvim ilinin sonuna kimi əməkhaqqısı artırılacaq. Ancaq maaş artırılmayıb”.

Smirnov müştərisinin Ağdam təmsilçisində qazandığından daha yüksək məvacibə layiq olduğunu düşünür:

“Yanvar-fevral aylarında “Qarabağ” müqavilənin uzunmüddətli uzadılması ilə bağlı təkmilləşdirilmiş təklif irəli sürdü. Bu şərtlər bizə uyğun gəlmədi. Çünki Andrey dəyərini sübut etdi, müvafiq səviyyədə də maaş almağa layiqdi. Üstəlik müxtəlif agentlərdən aldığım təkliflərdən görürəm ki, digər klublar onun səviyyəsini “Qarabağ”dan yüksək qiymətləndirir. Andreyə tələbat var, layiqli gəlir əldə etmək hüququna malikdi. “Qarabağ”a şərtlərimiz tam məqbuldur. Sadəcə, klubdakıların belə davranışı bizim üçün anlaşılmazdı. Klub təklifimizə cavab vermək əvəzinə məxfi məlumatları mətbuata yayıb rəqəmləri açıqlayır. Bunu mənfi imic yaratmaq üçün təzyiq kimi qiymətləndiririk. Lunyova daim maraq olsa da, digər klublarla danışıqlar aparmır. Bütün diqqətini futbola və “Qarabağ”a yönəldib, rəhbərlikdən nəsə tələb etmir, ultimatum vermir”.

Smirnov qolkiperin müqavilə müddətinin birilliyə uzadılması bəndinin aktivləşdirilməsi variantını da istisna etməyib:

“Klub danışıqlar prosesində bu variant haqda bir neçə dəfə danışıb, lakin mübahisəli və birmənalı olmayan bir sıra hüquqi incəliklər var. Təfərrüatları açıqlamaq istəmirəm, lakin deyim ki, bu seçim mövcuddu. Yalnız müəyyən hallarda həmin bənd aktivləşdirilir. İstənilən halda futbolçunun buna razılığı lazımdı”.

Menecerin ittihamlarına klubun rəsmi mövqeyini öyrənmək istəsək də, müraciətlərimiz cavabsız qaldı. Amma Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev “Report”a bu barədə açıqlama verib. Klub rəsmisi qeyd olunan məbləğin və menecerin danışıqlarının məhz klub tərəfindən mətbuata sızdırıldığı barədə iddiasını təkzib edib:

“Deyilən rəqəmlərin heç biri həqiqəti əks etdirmir. Məlumatların hardan çıxdığı, kim tərəfindən uydurulduğu bizə məlum deyil. Biz də belə bir məsələ olduğunu mətbuatdan oxumuşuq”.

Bəs Lunyov “Qarabağ” üçün nə qədər önəmlidi? Axı əvəzedilməz oyunçu yoxdu. Xüsusən də qapıçı “Braqa” və “Bayer-04” ilə qarşılaşmalarda qeyri-adi nəsə göstərmədi. Hətta “Bayer-04” ilə cavab görüşündə buraxdığı 3-cü qol əksər futbol adamları tərəfindən müzakirə edildi. Bu barədə təcrübəli menecer Tural Əsgərovun fikirlərini öyrəndik:

“Doğrusu, Anton Smirnovun Rusiya mətbuatına verdiyi açıqlamalarla hələ tanış deyiləm və həmin məlumatların Rusiya mətbuatı tərəfindən nə qədər düzgün yazıldığını da bilmirəm. Bu baxımdan Smirnovun açıqlamalarıyla bağlı bir söz deyə bilmərəm. Andrey Lunyov “Qarabağ” üçün nə qədər önəmlidi” sualına gəlincə, “köhlən atlar” uzun illərdi hansısa bir oyunçudan ciddi şəkildə asılı olmadığını göstərir. Aydın məsələdi ki, komandanın hər hansı bir aparıcı futbolçusu, məsələn, Rəşad Sadıqov karyerasını bitirəndə, Riçard Almeyda ilk dəfə klubdan ayrılanda, elə bu yaxınlarda Kadi Borgesin gedişi, qapıçılara gəlincə, İbrahim Şehiçin komandadan ayrılması və s - yəni bütün bunlar komandanın durumuna müəyyən baxımdan təsir göstərir, zəiflədir, amma komanda hər zaman onların yoxluğunu aradan qaldırmaq imkanına malikdi. Konkret bugünkü durumdan, Lunyovdan danışırıqsa, fikrimcə, o, Asmir Beqoviçdən sonra təkcə “Qarabağ”ın yox, Azərbaycan çempionatları tarixinin ən güclü qapıçısıdı. Ancaq mən yenə də hesab etmirəm ki, Lunyov “Qarabağ”da olmasa, komanda ciddi şəkildə zəifləyəcək. O olmayacaq, başqa biq qapıçı olacaq yəqin ki. Həm də demək istədiyim odu ki, Ağdam təmsilçisi uzun illərdi göstərir ki, aparıcı oyunçularını uğurla əvəzetməyə qadirdi. Yenə də bu o demək deyil ki, hər aparıcı oyunçunu rahat şəkildə itirməklə razılaşmaq lazımdı. Xeyr. İndi bilmirəm ki, orda nə baş verir, hansı danışıqlar aparılır və ya aparılmır. Amma əminəm ki, “Qarabağ” Lunyovla danışıq aparacaq. Həm hər şeydən əvvəl klubun qapıçıyla müqaviləsi var. Yəni elə-belə klubdan ayrılmaq olmaz. Ondan sonra isə müqavilənin müddətini artırırlar-artırmırlar, bunların hamısını görəcəyik. Komandada qalsa, yaxşıdı. Fikrimcə, “köhlən atlar” üçün önəmli futbolçudu. Qalmasa belə, əvəzlənəcək oyunçudu”.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Aktual

14-02-2023, 17:0

“Qarabağ” – “Gent” matçına biletlər tükənmək üzrədi

Ölkə futbolu / Manşet

8-04-2024, 01:0

“Neçə dəfə olub ki, Lunyov çempionatda ayaqları arasından top buraxıb, meneceri isə...” – menecer rəyi

Aktual / Ölkə futbolu

12-11-2023, 15:0

Lunyov nə vaxt məşqə başlayacaq?

Ölkə futbolu / Manşet

7-04-2024, 22:0

"Belə sözlərlə qeyri-peşəkar hərəkət edir” - Lunyovun meneceri nə etmək istəyir?

Premyer-liqa

31-03-2024, 19:0

Lunyov niyə “Nyukasl”a keçməyib?

Ölkə futbolu / Manşet

1-01-2024, 16:0

“Bayer”in ehtiyat oyunçular skamyasından avrokubokların ən yaxşı qapıçısı olmağa doğru - LUNYOVUN TƏRƏQQİSİ

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə