"Qarabağ" qapıçısı Andrey Lunyovla müqavilənin müddətini uzatmayacaq.
"Football-plus.az"a daxil olan məlumata görə, klub təcrübəli qolkiperlə yolları ayırmağa qərar verib. Xatırladaq ki, rusiyalı futbolçu mövsümün əvvəlində "1+1" illik müqaviləyə qol çəkmişdi. Ayrılığın səbəbi isə tərəflərin maliyyə məsələsində razılığa gəlməməsidi.
Onu da bildirək ki, "Qarabağ" artıq yeni qapıçı axtarışına başlayıb. Komanda premyer-liqanın yeni mövsümü və Çempionlar Liqasıyla bağlı planlar üçün daha perspektivli oyunçu istəyir.
KƏNAN BAHADIR