• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Hadisələrin axarı klubun Lunyovla yolları ayırmasıyla nəticələnəcək" - "Qarabağ"ın sabiq qapıçısı

Ölkə futbolu / Manşet

12-04-2024, 10:0

"Qarabağ"ın qapıçısı Andrey Lunyov ətrafında müzakirələr səngimir. Onsuz da qolkiperin avrokubokdakı və çempionatdakı çıxışını tənqid edənlər var idi. Meneceri Anton Simirnovun məlum açıqlaması isə vəziyyəti daha da qəlizləşdirdi.

Hazırda Ağdam təmsilçisinin futbolçuyla yollarını ayıracağını düşünənlər də var. Əlbəttə, hər şeyi zaman göstərəcək, lakin başverənləri düzgün qiymətləndirmək də vacibdi. Bəs Lunyovun çıxışını, tənqidə səbəb olan davranışını, meneceriylə klub arasındakı anlaşmazlığı necə şərh etmək olar?

Bu suallarla "Qarabağ"ın sabiq qapıçısı Fərhad Vəliyevə müraciət etdik. Onun "Football-plus.az"a dedikləri:

"Lunyov "Qarabağ"a yeni gələndə çox yaxşı çıxış edirdi. Həm avrokubok, həm də çempionat oyunlarında göstərdiyi oyunla rəğbət qazanmışdı. Ən əsası performansı sabit idi və uzunmüddətli işbirliyi üçün gələcək vəd edirdi. Lakin son vaxtlar meydanda həmin Lunyovu görmürük. Bir müddət keçəndən sonra hərəkətlərində arxayınlıq hiss olunmağa başladı. Çempionat matçlarında qarşısı rahatlıqla alına biləcək qollar buraxır. Xüsusilə qapıya gözlənilməz zərbələrə hazır deyil. Halbuki qapıçı daim ayıq-sayıq olmalıdı. Avrokuboklara gəlincə, ən diqqətçəkən məqam Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer-04" - "Qarabağ" (3:2) matçında oldu. Lunyov düzgün reflekslə üçüncü qolu buraxmaya bilərdi. Ümumiyyətlə, onun problemi budu. Bəzi epizodlarda donub qalır. Sanki nəyəsə arxayındı. Bu problemlərin öhdəsindən gəlsə, İbrahim Şehiç qədər olmasa da, klub tarixində iz qoya bilər".

Fərhad bəy "köhlən atlar"ın Lunyovla yolları ayıracağı haqda xəbərləri də şərh etdi:

"Qarabağ"ın çox güclü legioner qapıçıları olub. Bu sırada ən yaxşılar İbrahim Şehiçlə Asmir Beqoviçdi. Lunyovun da şansı var ki, ciddi uğurlar qazansın. Bunun üçün mövsümün əvvəlində olduğu halına dönməlidi. İndiki durum onun əleyhinədi. Klubun qapıçıyla yola davam edib-etməyəcəyini bilmirəm. Düşüncəm odu ki, müəyyən məsələlər müzakirə ediləcək və razılıq olsa, klubda qalacaq. Bununla yanaşı, həm Lunyov, həm də meneceri daha diqqətli olmalıdı. Çünki "Qarabağ" indiyə qədər heç kimdən asılı olmayıb. Rusiyalının əvəzinə başqasını tapmaq imkansız deyil. "Köhlən atlar"ın işi çətinləşir. Komandanı qarşıda Çempionlar Liqasının oyunları gözləyir. Həmçinin premyer-liqadakı rəqabət ildən-ilə artır. "Qarabağ" bu amilləri mütləq nəzərə alacaq. Məncə, hadisələrin axarı klubun Lunyovla yolları ayırmasıyla nəticələnəcək. Təbii ki, belə davam etsə... Yəni Lunyov performansına və davranışına düzən verməli, meneceri isə danışarkən daha diqqətli olmalıdı. "Qarabağ" əziyyətlə qazandığı imici söz-söhbət üzündən xərcləməz".

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

8-04-2024, 01:0

“Neçə dəfə olub ki, Lunyov çempionatda ayaqları arasından top buraxıb, meneceri isə...” – menecer rəyi

Aktual / Ölkə futbolu

12-11-2023, 15:0

Lunyov nə vaxt məşqə başlayacaq?

Dünya futbolu

6-03-2023, 22:0

Lunyovun durumuna aydınlıq gəldi

Manşet / Yazarlar

10-04-2024, 16:0

“Abbasqulu bəyin nazıyla çox oynamağa” dəyməz! - REPLİKA

Ölkə futbolu / Manşet

7-04-2024, 22:0

"Belə sözlərlə qeyri-peşəkar hərəkət edir” - Lunyovun meneceri nə etmək istəyir?

Aktual / Ölkə futbolu

26-08-2023, 23:0

Quqeşaşvili Şahı ehtiyatda oturtdu!

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə